"O, bu sevgini əməli ilə qazanıb" - Azərbaycanlı alim məşhur generalı təbrik edir

Hikmət Mirzəyev - Vətən Müharibəsi Qəhrəmanı, Xüsusi Təyinatlı Qüvvələrin komandanı, general-leytenant. Onun ad günü hər 4 ildən bir, yəni fevral ayının 29-a təsadüf etdiyindən təbriklərimi bu gün çatdırmaq istədim. O, Ali Baş Komandanımız cənab İlham Əliyevin başçılığı altında müasir Azərbaycanımızın hərb tarixində xalq tərəfindən səmimi qəlbdən sevilən və bundan sonra da seviləcək nadir generallardandır. O, bu sevgini başqaları kimi "qısametrajlı filmlər"lə və "ucuz" yazılarla deyil, əməli ilə qazanıb. Onu yaxından tanıyanlar bilir ki, hər əməlinin əsasında dövlətə və millətə əvəzsiz sevgi üzərində qurulan layiqli xidmət dayanır. Elə bir sevgi dolu xidmət ki, orada ölüm olumdan daha yaxındır. Onun hər dəfəsində ölümü gözə ala bilmə məktəbi isə arxasınca gələn minlərlə zabitə Vətən sevgisi dərsini verir. Məhz bu əvəzsiz xidmətlərinə görə və hər dəfəsində də Vətənə olan sevgisinin tükənmədiyinə görə biz ona bir ömürlük həm sevgi, həm də təşəkkür borcluyuq.
Ad gününüz mübarək, cənab general-leytenant! Siz və yetirmələriniz var olun ki, Vətən də var olsun!
Nuran Abdullayev,
Almaniya-Azərbaycan Radioloji və Neyroradioloji Cəmiyyətinin sədri,
Köln Universiteti Klinikasının tibb elmləri doktoru
İlham Əliyevin adından AQEM iştirakçılarının şərəfinə şam yeməyi verilib - FOTO
İlham Əliyev Tacikistan Prezidenti ilə görüşüb
Azərbaycanda cinsi əlaqə yaşı ilə bağlı qanunda dəyişikliyə ehtiyac var? - RƏY
İlham Əliyev Şavkat Mirziyoyevlə görüşüb - FOTO
Bank köçürmələrində yeni qaydalar: Komissiya artacaq? - AÇIQLAMA
"Bəzi peşələr yox olacaq, yeniləri yaranacaq" – İQTİSADÇI
“Niyə söhbət İrandan gedəndə susursunuz?!” - “Traktor” klubundan Türkiyəyə CAVAB
Texniki baxışdan keçməyə görə 20 gün müddət ləğv edilir? - AÇIQLAMA
Bakı metrosunda böyük dəyişiklik: Qatarlar daha tez gələcək?
Xəzərdə konteyner daşımalarının həcmi artacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI













