“O toy deyil, toplantıdır” - DİN-dən toy mərasimi ilə bağlı AÇIQLAMA

“Ona açıqlama verdilər, dedilər ki, toy deyil, mən haradasa oxudum. Kimsə çıxıb dedi ki, o toy deyil, bir neçə nəfərin iştirakı ilə olan toplantı olub”. Bu sözləri, Ramiz Mehdiyevin nəvəsinin toy mərasimi ilə bağlı yayılan görüntülər barədə Yeniavaz.com-a açıqlama verən Daxili İşlər Nazirliyinin mətbuat katibi Ehsan Zahidov deyib.
Qeyd edək ki, dünən və bu gün ölkə mətbuatında AMEA prezidenti Ramiz Mehdiyevin nəvəsinin toy mərasimi ilə bağlı görüntülər yayılıb.
Son yayılan görüntülərdə isə toy mərasimində Millət vəkili Siyavuş Novruzov, həyat yoldaşı və Ombudsman Səbinə Əliyeva və BDU-nun sabiq rektoru Abel Məhərrəmovun da iştirak etdiyi görünür.
Qeyd edək ki, Nazirlər Kabineti yanında Operativ Qərargahın müvafiq qərarına əsasən pandemiya ilə əlaqədar ölkə ərazisində toy mərasimlərinin keçirilməsi qadağandır. Həmçinin kafe və restoranlarda bir masa ətrafında 6 nəfərdən çox insanın oturması da qadağan edilib.
Sürücülərin DİQQƏTİNƏ! - Bu yollar AÇILDI
Zəngilanda Anım Günü ilə bağlı tədbir keçirilib - FOTO - VİDEO
Şəhidlərin xatirəsini yaşadan tarix - 27 Sentyabr ANIM GÜNÜ
Prezident İlham Əliyev Formula 1-dən paylaşım edib - VİDEO
Sürücülərə ŞAD XƏBƏR: Bakı yollarında "Formula-1" məhdudiyyətlərinin bitəcəyi saat AÇIQLANDI
İlham Əliyev və Mehriban Əliyeva "Formula-1" Azərbaycan Qran-prisinin əsas yarışına baxıblar - FOTO
“Formula-1” üzrə Azərbaycan Qran-prisinin qalibi bəlli olub
İlham Əliyev Beynəlxalq Avtomobil Federasiyasının prezidenti ilə GÖRÜŞÜB - FOTO
İlham Əliyevin AIIF 2026-da iştirakına dair video paylaşılıb - VİDEO
“Xəzər dənizi üzərindən bərədən istifadə etməlidirlər” - İlham Əliyev
Prezident investorlara saxta mediaya inanmamağı məsləhət görüb












