Oğrular maşınların daha çox bu detallarını oğurlayır – ARAŞDIRMA

Niderlandın paytaxtı Amsterdamda son vaxtlar lüks avtomobil sahiblərini hədəf alan qeyri-adi oğurluq halları artıb.
Avtosfer.az xəbər verir ki, şəhərin imkanlı məhəllələrində fəaliyyət göstərən oğru dəstələri bu dəfə avtomobillərin özünü deyil, bahalı modellərin yan güzgülərini oğurlayırlar. Qara bazarda yüksək qiymətə satılan bu detalların oğurlanması nəticəsində avtomobil sahibləri maraqlı müdafiə üsuluna əl atıblar.
Müasir lüks avtomobillərin yan güzgüləri artıq təkcə güzgüdən ibarət deyil. Onların daxilində kamera sistemləri, kor nöqtəyə nəzarət sensorları, qızdırıcı elementlər, avtomatik parklanma köməkçisi və digər elektron avadanlıqlar yerləşir. Bu səbəbdən bir ədəd yan güzgünün dəyişdirilməsi xərci 2 min ABŞ dollarını belə ötə bilir. Məhz bu yüksək qiymət oğrular üçün yeni gəlir mənbəyinə çevrilib.
Məlumata görə, Amsterdamın ən bahalı yaşayış məhəllələrinin bir çoxunda fərdi qarajların olmaması problemi daha da artırır. Qaraj tapmaqda çətinlik çəkən sürücülər “Ferrari Purosangue”, “Aston Martin DBX”, “Range Rover Sport” və “Porsche” kimi bahalı avtomobillərini gecə saatlarında küçədə saxlamağa məcbur qalırlar. Bu isə onları oğrular üçün asan hədəfə çevirir.
Bahalı təmir xərclərindən yayınmaq istəyən avtomobil sahibləri isə qeyri-adi təhlükəsizlik üsulu seçiblər. Onlar yan güzgülərinin üzərinə Kevlar materialı və polad torlardan hazırlanan, kilidlənən xüsusi qoruyucu örtüklər quraşdırırlar. Bu örtüklər güzgünün sökülməsini və ya zədələnməsini xeyli çətinləşdirir.
Qiyməti keyfiyyətindən asılı olaraq 100-180 avro arasında dəyişən bu qoruyucu vasitələr Amsterdam küçələrində getdikcə daha geniş yayılır. Sürücülər avtomobili park etdikdən sonra bu kilidli qoruyucuları yan güzgülərinə bərkidərək oğurluq riskini minimuma endirməyə çalışırlar.
Mütəxəssislər qeyd edirlər ki, avtomobil texnologiyaları inkişaf etdikcə ehtiyat hissələrinin dəyəri də artır. Bu isə oğruların yeni üsullar axtarmasına səbəb olur. Nəticədə avtomobil sahibləri də nəqliyyat vasitələrini qorumaq üçün daha fərqli və yaradıcı həll yollarına üz tuturlar.
Eltac Zülfüqaroğlu
Azərbaycanın Türkiyədəki səfiri Dövlət Bağçalı ilə görüşüb - FOTO
Avtomobillə işə gedənlərə PİS XƏBƏR
Yeni qərardan sonra benzin və dizel mühərrikli maşınların aqibəti necə olacaq? – EKSPERT - VİDEO
İnternet sürəti vəd ediləndən aşağıdır: Abonentlərin hansı hüquqları var? – AÇIQLAMA
Çin avtomobillərinin artması ehtiyat hissələrinin qiymətinə necə təsir edəcək? – AÇIQLAMA
Azərbaycanda benzin və dizellə işləyən maşınlarla bağlı QƏRAR VERİLDİ
Daha bir ölkədə Ebola aşkarlandı
Yağış sularının idarə olunmasında əsas problem nədir? – AÇIQLAMA
Bakının bu küçələrində hərəkət məhdudlaşdırıldı: Yeni qaydalar necə olacaq? – VİDEO
Bakının bu küçələrində tıxac var - SİYAHI
Rəcəb Tayyib Ərdoğan İlham Əliyevə zəng edib












