Dövlət İmtahan Mərkəzi saxtakarlara ETİRAZ ETDİ

Dövlət İmtahan Mərkəzi (DİM) sosial şəbəkələrdə qurumun adından saxta səhifə hesabları yaradanlarla bağlı müraciət edib. Mərkəzdən bildirilib ki, son vaxtlar yenə də “Facebook” və xüsusilə “Instagram” sosial şəbəkələrində DİM-in icazəsi olmadan Mərkəzin adından və loqotipindən (emblemindən) istifadə olunmaqla bir neçə saxta səhifə və qrup yaradılıb. "Bu səhifələrdə tələbə qəbulu kampaniyasının gedişi, dövlət qulluğuna qəbul, müxtəlif hazırlıq kurslarının reklamı, eləcə də Dövlət İmtahan Mərkəzinin fəaliyyətinə dair təhrif olunmuş məlumatlar yerləşdirilir. Bəzi səhifə və qruplar “profil” şəkli və “örtük” fotoları üçün Mərkəzin loqotipindən (emblemindən) istifadə etməklə istifadəçiləri aldadır, öz fəaliyyətlərinə rəsmi xarakter verməyə çalışır, səhifəni idarə edən şəxslər özlərini DİM əməkdaşları kimi təqdim edirlər. Bu tip səhifələr Dövlət İmtahan Mərkəzinin yaydığı məlumatlara istinad etmədən onların üzünü köçürməklə öz səhifələrində paylaşım edirlər. İstifadəçilərin onlara ünvanladığı suallara da təhrif olunmuş, yanlış cavablar verirlər. Bir daha sosail şəbəkə istifadəçilərinə diqqətli olmağı və Dövlət İmtahan Mərkəzinin adından yaradılmış oxşar səhifə və qruplara üzv olmamağı tövsiyə edirik".
DİM-dən qeyd edilib ki, Azərbaycan Respublikasının “Dövlət İmtahan Mərkəzi” söz birləşməsi və loqotipi (emblemi) Azərbaycan Respublikasının əmtəə nişanlarının Dövlət reyestrində qeydiyyata alınmış ona məxsus əmtəə nişanıdır. "Əmtəə nişanları və coğrafi göstəricilər haqqında” Azərbaycan Respublikası Qanununun 32-ci maddəsinə uyğun olaraq Dövlət İmtahan Mərkəzinin razılığı olmadan ona məxsus əmtəə nişanından istifadə edilməsi qeydə alınmış əmtəə nişanına dair hüquqların pozulması sayılır. Dövlət İmtahan Mərkəzinin 195 mindən artıq izləyicisi olan “Facebook” (https://www.facebook.com/stateexamcenter/ ) və 27 mindən artıq izləyicisi olan “Instagram” (https://www.instagram.com/stateexamcenter/) hesabı fəaliyyət göstərir. Bundan əlavə, Mərkəzin “Twitter” (https://twitter.com/stateexamcenter) və “Telegram” (https://t.me/stateexamcenter) hesabları da mövcuddur. İstifadəçilərdən yalnız yuxarıda qeyd olunan səhifələri izləməyi və burada verilən məlumatlara istinad etməyi tövsiyə edirik", - məlumatda bildirilib.
Bu yollarda tıxac var - SİYAHI - FOTO
Tarif Şurası benzinlə bağlı qərara hazırlaşır? - AÇIQLAMA
Tramp İranla münaqişədən DANIŞIB
Tramp BMT Baş Assambleyasının Nyu-Yorkdakı iclasında nə qazandı? – POLİTOLOQ
Tıxaclar Bakı sakinlərinə ildə 900 manat ziyan vurur - EKSPERT
Bu yollarda tıxac var - SİYAHI - FOTO - YENİLƏNİB
Bakı əhalisi tıxacda nə qədər pul itirir? - ARAŞDIRMA
Sürücülərə ŞAD XƏBƏR: Cərimə balları ilə bağlı YENİ QƏRAR gözlənilir
Üç qardaş ölkədən KİBERHƏMLƏ: Hərbi mütəxəssislər vahid komandada - VİDEO - FOTO
Sumqayıtın simvolu sayılan heykəlin son halı narazılıq yaratdı - FOTO
Prezident iki rayona və bir şəhərə icra başçısı TƏYİN ETDİ












