Ölkənin dəmir yolları dünəndən-bu günə - Sənədli Film

Dəmir yolları ölkələri, şəhərləri bir-birinə birləşdirir, insanları qovuşdurur, uzaq məsafələri yaxın edir. Xüsusilə də, keçmişdə təyyarələrin, avtomobillərin kütləvi istifadə edilmədiyi dövrdə dəmir yolları ölkənin əsas yükdaşıma və sərnişin daşıma funskiyasını yerinə yetirib. Azərbaycan dəmir yolları isə dünyada ən qədim tarixə malikdir və üç əsrlik bir dövrü əhatə edir. Ölkənin dəmir yollarının dünənindən bu günə qədər keçdiyi bütün mərhələləri özündə əks etdirən "Polad Magistral" adlı sənədli film çəkilib. Sənədli filmin çəkilişi “Azərbaycan Televiziya və Radio Verilişləri” QSC (AzTV) tərəfindən həyata keçirilib. Sənədli filmdə dəmir yollarının iqtisadiyyatın əsas aparıcı gücü, şah damarı olduğu vurğulanır.
Qeyd edilir ki, hələ 1878-ci ildə neft daşımalarını həyata keçirmək üçün Azərbaycanda ilk dəmir yolları çəkilir. Bununla yanaşı, 1878-ci ildən bəri ölkənin dəmir yollarının keçdiyi tarixi faktlar, toxunulmayan məqamlar sənədli filmdə yer alıb. Sənədli filmdə bir neçə maraqlı məqamlara yer verilib.
Ermənilərin fəsadları
1899-cu ildə Tiflis-Qars dəmir yolu çəkildiyi zaman Gümrü stansiyasından İrəvana və Naxçıvana dəmir yolu çəkilməsi məsələsi qaldırılıb, lakin çar Rusiyasının İrandan, Türkiyədən köçürdüyü erməni əhalisi böyük iddia qaldırır. Onlar dəmir yolu xəttinə düşəcək torpaq sahələri, tut bağları üçün böyük miqdarda vəsiat tələb edirlər. Bu isə çar Rusiyasının Dəmir Yolları İdarəsinin dəmir yollarını çəkməkdən imtina etməsinə gətirib çıxarır.
Dəmir yolunun çəkilməsində Sarvanlar kəndinin bəyi Uluxan ağanın xeyirxahlığı
İrəvan quberniyasının Sarvanlar kəndinin bəyi Uluxan ağa Dəmir Yolları İdarəsinə müraciət edərək ona məxsus torpaq sahələrində dəmir yollarının çəkilməsinə icazə verir və heç bir vəsiat tələb etmir. Çar Rusiyası layihəyə dəyişiklik edir. Dəmir yolları İrəvandan 14 verst aralı keçir. 1902-ci ildə Aleksandropol-Uluxanlı stansiyası istifadəyə verilir. Stansiyaya Uluxan ağanın adı verilir. Bu gün ermənilərin Massis adlandırdığı həmin stansiya Uluxanlı stansiyasıdır.
Sənədli filmdə dəmir yollarının son beş ildə infrastrukturunda əsaslı dəyişikliklərin olduğu qeyd edilir. ( “Report”)
Nikol Paşinyan Putinin hədələrindən çəkinmir - POLİTOLOQ
Bu yollarda tıxac var - SİYAHI - YENİLƏNİB
Bölgələrdə vətəndaşlara təklif edilən güzəştli mənzillərin qimyətləri əhaliyə uyğundur? - İQTİSADÇI
Bakının yollarında təmir: Məqsəd tıxacın qarşısını almaqdır - Ekspert
Avtobuslarda “brutto müqavilə” dövrü: Sərnişinləri nə gözləyir?
Yeni yol Azərbaycan–Gürcüstan–Türkiyə daşımalarını sürətləndirəcək – EKSPERT
Bakının bəzi yollarında hərəkət məhdudlaşdırılacaq - Yeni yarış KEÇİRİLİR
"Brutto müqaviləsi"nin tətbiqi ictimai nəqliyyat sistemində nələri dəyişəcək? - DEPUTAT
Paytaxtın hansı küçələrində sıxlıq müşahidə olunur? - FOTO - YENİLƏNİB
Bağlanan yolların həm də ölkə iqtisadiyyatına zərəri var - EKSPERT
Sürücülərin parklanma problemi necə həll edilməlidir? - MÜTƏXƏSSİS










