Önəmli mesaj: kondisionerli bağlı otaq çox təhlükəlidir

Almaniya-Azərbaycan Radioloji və Neyroradioloji Cəmiyyətinin sədri, Köln Universiteti Klinikasının tibb elmləri doktoru Nuran Abdullayev bir neçə ay öncə Almaniyada ət istehsal edən böyük məkanda koronavirusa kütləvi yoluxma halı ilə bağlı aparılan elmi tədqiqatın nəticələrinə münasibət bildirib.
Avtosfer.az xəbər verir ki, barədə açıqlama verən Nuran Abdullayev bununla bağlı Almaniyada aparılan elmi tədqiqatın artıq ötən həftə bitdiyini söyləyib. Onun sözlərinə görə, tədqiqat hələ elmi jurnalda tam dərc olunmadığına baxmayaraq müəlliflər nəticələrin mühüm hissəsini açıqlayıblar.
Tədqiqatla müəyyənləşib ki, 3 gün ərzində iki nəfər eyni müəssisədə çalışan 140 adamı virusa yoluxdurub:

"Aparılan elmi tədqiqatda pəncərəsi olmayan, yəni təmiz hava daxil olmayan qapalı məkanda virusun 8 metr məsafəyə qədər insanları yoluxdura biləcəyi müəyyənləşib. Təbii ki, bu da yalnız aerozollar vasitəsilə mümkündür. Həmçinin tədqıqatçılar həmin məsafədə virusun yoluxdurma mümkünlüyünü qapalı yerdə havalandırma sisteminin düzgün işləməməsi ilə əlaqələndiriblər. Yəni həmin məkanın havalandırılması eyni soyuq havanın sirkulasiya edilməsi ilə tənzimlənirmiş və havalandırma sistemi bu qapalı otağa təmiz hava vurmaq iqtidarında deyilmiş. Ona görə də bu, yoluxma halının daha da sürətlə yayılmasına səbəb olub”.
“Düşünürəm ki, Azərbaycanda da pəncərəsi olmayan və ya təmiz hava daxil olma imkanı olmayan qapalı məkanlarda havasoyuduculardan istifadəyə xüsusi diqqət yetirilməli, onların bu məkana təmiz hava vurma imkanı araşdırılmalı və belə məkanlarda virusun hətta 8 metr məsafədən insanı yoluxdurması potensialı nəzərə alınmalıdır" - deyə N.Abdullayev bildirib.
Yeni yol Azərbaycan–Gürcüstan–Türkiyə daşımalarını sürətləndirəcək – EKSPERT
Bakının bəzi yollarında hərəkət məhdudlaşdırılacaq - Yeni yarış KEÇİRİLİR
Bu yollarda tıxac var - SİYAHI
"Brutto müqaviləsi"nin tətbiqi ictimai nəqliyyat sistemində nələri dəyişəcək? - DEPUTAT
Paytaxtın hansı küçələrində sıxlıq müşahidə olunur? - FOTO - YENİLƏNİB
Bağlanan yolların həm də ölkə iqtisadiyyatına zərəri var - EKSPERT
Sürücülərin parklanma problemi necə həll edilməlidir? - MÜTƏXƏSSİS
Bu məktəblərdə dərslər onlayn olacaq - RƏSMİ AÇIQLAMA
Paytaxtın dəyişdirilməsi Bakının problemini həll edəcəkmi? – Ekspert AÇIQLADI - VİDEO
Pəhləvan Elmin Mehdiyevin şouları: Əyləncə, yoxsa israf? - SOSİOLOQ
Azərbaycan üzərindən marşrutda sürpriz dayanacaq: Yol Çində bitmir - FOTO










