Operativ Qərargah KİV-lərin fəaliyyəti ilə bağlı məlumat yaydı

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 19 iyun tarixli “Bakı, Sumqayıt, Gəncə, Lənkəran, Yevlax, Masallı, Cəlilabad şəhərlərinin və Abşeron rayonunun ərazisində xüsusi karantin rejiminin sərtləşdirilməsi ilə bağlı əlavə tədbirlər barədə” Qərarının əlavəsində fəaliyyətinə icazə verilmiş sahələrin siyahısında kütləvi informasiya vasitələrinin (KİV) də adı qeyd edilib. Bu məqam sərtləşdirilmiş xüsusi karantin rejimində KİV-lərin fəaliyyətinin hüquqi təminatıdır və onu göstərir ki, KİV-lərin fəaliyyəti ilə bağlı heç bir hüquqi məhdudiyyət yoxdur.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan Avtosfer.az-a verilən məlumata görə, sərtləşdirilmiş xüsusi karantin rejimi dövründə bu hüquqdan istifadənin texniki tərəfi icazə.e-gov.az portalında qeydiyyatdan keçməklə həll olunur.
Azərbaycanda akkreditasiyadan keçmiş xarici KİV-lərin təmsilçiləri haqda məlumatlar Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi tərəfindən icazə.e-gov.az portalına daxil edilib.
Yerli KİV-lərin nümayəndələri isə, Qərarda qeyd olunduğu kimi, fəaliyyət göstərdikləri KİV-in rəhbərliyi tərəfindən icazə.e-gov.az portalında qeydiyyatdan keçirilməlidir.
Mülki hüquqi müqavilə əsasında fəaliyyət göstrərən şəxslər barədə məlumatlar işəgötürən tərəfindən, hər hansı hüquqi şəxslə müqavilə bağlamadan VÖEN əsasında fərdi fəaliyyət göstərən şəxslər barədə məlumatlar onların özləri tərəfindən gücləndirilmiş elektron imzadan istifadə etməklə icazə.e-gov.az portalına daxil edildikdən sonra onların hərəkətinə yol verilir.
Qeydiyyatla əlaqədar yaranan problemlərlə bağlı Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin (ASAN Xidmətin) 9108 Çağrı Mərkəzinə və Azərbaycan Respublikası Nazirlər Kabinetinin mətbuat xidmətinə müraciət oluna bilər.
Yeni avtomobil körpüləri inşa olunacaq - Sürücülərin NƏZƏRİNƏ - VİDEO
Hörmüz boğazında artan gərginlik Azərbaycanın ixrac sektoruna necə təsir edəcək? - POLİTOLOQ
Çirkli kondisioner allergiya və astmaya səbəb ola bilər
Ələtə açılan yeni ekspres marşrutun üstünlükləri nələrdir? – Ekspert AÇIQLADI
Bakının bu küçəsi piyadalaşdırıla bilər - TƏKLİF
Problemli kreditlərlə bağlı mexanizmlərdə nələr dəyişəcək? - AÇIQLAMA
Bakıda yeni ekspres marşrutu fəaliyyətə başlayır – Bu ərazidə yaşayanlara şad xəbər
Hansı halda telefonla danışan sürücü cərimələnməyə bilər? - EKSPERT
Təzəcə təmir olunan hasar niyə yenidən üzlənir? - ŞİKAYƏT
Azərbaycanın əsas dəmir yolu xətti müasirləşdirilir – Yeni mərhələ
"B" kateqoriyalı sürücülük vəsiqəsi olanlara xəbərdarlıq - VİDEO










