Ordumuz ermənilərin uçan aparatını məhv etdi - FOTO-VİDEO

Ermənistan Silahlı Qüvvələrinin növbəti pilotsuz uçan aparatı (PUA) məhv edilib. Müdafiə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, PUA cəbhənin Ağdam rayonu istiqamətində vurulub. Silahlı Qüvvələrimizin mövqeləri üzərində uçuşlar həyata keçirməyə cəhd göstərən Ermənistan Silahlı Qüvvələrinə məxsus 1 ədəd DJI Inspire1 (Quadcopter) pilotsuz uçan aparat bölmələrimizin sayıqlığı nəticəsində vaxtında aşkar olunaraq atəş nəticəsində məhv edilib.
Xatırladaq ki, bu təmas xəttində vurulan ilk pilotsuz uçan təyyarə deyil. Belə ki, bu ayın əvəllərində cəbhənin Füzuli və Tərtər rayonu istiqamətində Silahlı Qüvvələrimizin mövqeləri üzərində uçuşlar həyata keçirməyə cəhd göstərən Ermənistan Silahlı Qüvvələrinə məxsus 3 ədəd DJI Inspire1 (Quadcopter) tipli pilotsuz uçan aparat (PUA) bölmələrimizin sayıqlığı nəticəsində vaxtında aşkar olunaraq açılan atəş nəticəsində məhv edilib.
Yanvar ayında da cəbhənin Ağdam istiqamətində Silahlı Qüvvələrimizin mövqeləri üzərində erməni PUA-sı Hərbi Hava Qüvvələrimiz tərəfindən məhv edilmişdi.
Fərid
Azərbaycanda cəhalətin təbliğ olunmasına bəzi məmurlar ərvac verir – FAZİL MUSTAFA
Məcburi dayanma etməli olan sürücü hansı qaydalara əməl etməlidir? - EKSPERT
Uşaqlara sosial şəbəkələrdə yaş məhdudiyyəti necə həyata keçiriləcək? - AÇIQLAMA
Bakının küçələrində piyadalar üçün nələr dəyişməlidir? – TƏKLİF
Azərbaycanda Instagram və TikTok-a giriş BAĞLANDI - Nə baş verir?
Həftəyə tıxacla başladıq - SİYAHI
Ukraynada seçkilər keçiriləcək - ZELENSKİ AÇIQLADI
Vahid forma məktəblərdə subyektiv yanaşmaların qarşısını alacaq - AÇIQLAMA
Vahid məktəbli forması hansı prinsiplərə xidmət edir? – AÇIQLAMA
Yollarda duman var - Sürücülərin nəzərinə!
“Əsgərimizə məkanı yollayıb ki, “gəl bizə!” – Ədalət Verdiyevdən ŞOK açıqlamalar












