Ötən il quduzluqdan 4 nəfər ölüb

2019-cu ildə ayrı–ayrı infeksion xəstəliklərlə qeydə alınmış xəstələrin sayı açıqlanıb.
Bu barədə Dövlət Statistika Komitəsindən bildirilib. Məlumata əsasən, ötən il digər salmonellyoz infeksiyalarına 359 nəfər, qarayara xəstəliyinə 34 nəfər, brüselyoz xəstəliyinə 551 nəfər, quduzluğa 5 nəfər tutulub.
Salmonellyoza yoluxanlardan 219 nəfəri kişi, 140 nəfəri qadın, qarayaraya yoluxanlardan 24-ü kişi, 10-u qadın, brüselyoza yoluxanlardan 386-sı kişi, 16-i qadın, quduzluğa tutulanlardan 4-ü kişi, 1-i isə qadın olub.
Qeyd olunub ki, 2019-cu ildə salmonellyoz xəstəliyindən 1 nəfər, quduzluqdan 3-ü kişi, 1-i qadın olmaqla 4 nəfər ölüb. Bildirilib ki, ötən il malyariya, qarayara və brüselyoz xəstəliklərindən ölüm halı baş verməyib.
Qeyd edək ki, 2013-cü ildən ölkədə malyariya xəstəliyinə yoluxma halı qeydə alınmayıb. (APA)
Azərbaycanlıların Ermənistanda keçirdiyi görüşün detalları AÇIQLANDI - VİDEO
Nigar "400 mini haradan tapıb maşın alır" sualına belə cavab verdi
Ramiz Mehdiyev var-dövləti haqqında danışdı
Biləcəridə bu küçə də yararsız vəziyyətdədir - Qurumdan REAKSİYA YOXDUR - VİDEO
Simonyan niyə Bakıya deyil, Gəncəyə gəlir? – AÇIQLAMA
Boşanan ata övladının illik 5-10 min təhsil haqqını ödəməyə borcludurmu? - AÇIQLAMA
Azərbaycanın nəqliyyat sistemində hansı texnologiyalar yenilənməlidir? – EKSPERT
Zəngəzur dəhlizində yeni mərhələ: Azərbaycan qurur, Ermənistan isə... - VİDEO
İki məktəbin meydançası baxımsız vəziyyətdədir – Şagirdlər harada idman etsin? - FOTO
Alen Simonyan Azərbaycan nümayəndələri ilə görüşdü - VİDEO
Təmirsiz mənzillərin satışı: Qanunda bununla bağlı cərimə nəzərdə tutulub ? – AÇIQLAMA












