Özündən 10 yaş kiçik sevgilisini bıçaqlayan qadının məhkəməsi başlayır

Zaqatalada qəsdən sağlamlığa ağır xəsarət yetirməkdə təqsirləndirilən Nadilə Orucovanın cinayət işi üzrə ibtidai istintaq başa çatıb. Cinayət işi baxılması üçün Şəki Ağır Cinayətlər Məhkəməsinə göndərilib. Hakim Bilal Məmmədovun icraatında olan iş üzrə hazırlıq iclasının vaxtı məlum deyil.
Qeyd edək ki, Göygöl rayon sakini, 1983-cü il təvəllüdlü Əfqan Zahid oğlu Hüseynov fevral ayının 25-də qarın boşluğunun kəsilmiş-deşilmiş xəsarəti ilə xəstəxanaya daxil olub.
Aparılan araşdırmalar nəticəsində onun qeyri-rəsmi nikah münasibətində olduğu Zaqatala rayon sakini, 1973-cü il təvəllüdlü Nadilə Maarif qızı Orucova tərəfindən bıçaqlandığı məlum olub.
N.Orucovaya Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır xəsarət yetirmə) maddəsi ilə ittiham verilib. (“Report”)
Azərbaycanlıların Ermənistanda keçirdiyi görüşün detalları AÇIQLANDI - VİDEO
Nigar "400 mini haradan tapıb maşın alır" sualına belə cavab verdi
Ramiz Mehdiyev var-dövləti haqqında danışdı
Biləcəridə bu küçə də yararsız vəziyyətdədir - Qurumdan REAKSİYA YOXDUR - VİDEO
Simonyan niyə Bakıya deyil, Gəncəyə gəlir? – AÇIQLAMA
Boşanan ata övladının illik 5-10 min təhsil haqqını ödəməyə borcludurmu? - AÇIQLAMA
Azərbaycanın nəqliyyat sistemində hansı texnologiyalar yenilənməlidir? – EKSPERT
Zəngəzur dəhlizində yeni mərhələ: Azərbaycan qurur, Ermənistan isə... - VİDEO
İki məktəbin meydançası baxımsız vəziyyətdədir – Şagirdlər harada idman etsin? - FOTO
Alen Simonyan Azərbaycan nümayəndələri ilə görüşdü - VİDEO
Təmirsiz mənzillərin satışı: Qanunda bununla bağlı cərimə nəzərdə tutulub ? – AÇIQLAMA











