"Özünü narahat hiss edən şəxslərin poliklinikalara gəlməsinə ehtiyac yoxdur"

“Biz indiki zamanda tibb işçilərindən çox asılıyıq. İstər təcili yardım işçiləri, istərsə də xəstəxana işçiləri xəstəliklə mübarizə edirlər. Bununla yanaşı, unutmamalıyıq ki, koronavirus infeksiyası ilə yanaşı, digər xəstəliklər də yerində qalır”. Bunu Səhiyyə Nazirliyinin Aparat rəhbəri Nadir Zeynalov Nazirlər Kabineti yanında Operativ Qərargahın bu gün keçirilən brifinqində deyib. “Əgər əvvəllər simptomu olanlar təcili yardıma müraciət edirdilərsə, bundan sonra poliklinikalara da müraciət edə bilərlər. Hazırda özünü narahat hiss edən şəxslərin poliklinikalara gəlməsinə ehtiyac yoxdur, telefon vasitəsilə zəng edib səhhətləri barədə məlumat verə bilərlər. Çünki onlar yoluxmuş ola və poliklinikaya gələnə qədər ətrafdakı insanları da yoluxdura bilərlər. Ona görə də həmin şəxslər bununla bağlı sahə həkimləri ilə əlaqə saxlaya bilər. Həmin şəxslərin müayinəsi sahə həkimlərinin nəzarəti altında həyata keçiriləcək”, - o bildirib.
Səhiyyə Nazirliyinin rəsmisi xatırladıb ki, koronavirus yüksək yoluxduruculuq qabiliyyətinə malikdir.
Bu yollarda tıxac var - SİYAHI - FOTO
Tarif Şurası benzinlə bağlı qərara hazırlaşır? - AÇIQLAMA
Tramp İranla münaqişədən DANIŞIB
Tramp BMT Baş Assambleyasının Nyu-Yorkdakı iclasında nə qazandı? – POLİTOLOQ
Tıxaclar Bakı sakinlərinə ildə 900 manat ziyan vurur - EKSPERT
Bu yollarda tıxac var - SİYAHI - FOTO - YENİLƏNİB
Bakı əhalisi tıxacda nə qədər pul itirir? - ARAŞDIRMA
Sürücülərə ŞAD XƏBƏR: Cərimə balları ilə bağlı YENİ QƏRAR gözlənilir
Üç qardaş ölkədən KİBERHƏMLƏ: Hərbi mütəxəssislər vahid komandada - VİDEO - FOTO
Sumqayıtın simvolu sayılan heykəlin son halı narazılıq yaratdı - FOTO
Prezident iki rayona və bir şəhərə icra başçısı TƏYİN ETDİ












