Pandemiya avtomobil icarəsi ilə məşğul olan şirkətlərə necə təsir edib?

Azərbaycanda avtomobil icarə edənlərin sayında xeyli azalma var. Bunu avtomobil icarəsi ilə məşğul olan şirkətin baş meneceri Emin Cənnətov bildirib.
Onun sözlərinə görə, pandemiya sahibkarların bu sahəsindən də yan keçməyib: “Məlum olduğu kimi, hazırda ölkəmiz pandemiya şəraitində yaşayır və bu səbəbdən ölkəyə giriş-çıxışda bəzi məhudidiyyətlər var. Qadağalar tətbiq edildiyindən ölkəyə turistlərin gəlişində də azalma var, elə bu səbəbdən də, avtomobil icarəsi ilə məşğul olan şirkətlərin fəaliyyətində durğunluq yaranıb. Belə ki, Azərbaycdan avtomobil icarəsinə müraciət edənlərin əksəriyyəti ölkəyə gələn tursitlər idi ki, bu günlərdə turistlərin olmaması bu sahədə geriləməyə səbəb olub”.
E. Cənnətov qeyd edib ki, turistlərlə yanaşı yerli sakinlər də avtomobil icarəsinə müraciət edirlər: “Hazırda avqust ayıdır və istirahətin ən pik sezonudur. Belə zamanlarda yerli vətəndaşlar, daha çox Bakı sakinləri avtomobil icarə edib rayonlara üz tuturdular, ancaq bu istiqamətdə də məhududiyyət var. Bu da öz növbəsində işimizdə çətinlik yaradır. Hazırda müraicət edənlər uzun zamandır işlədiyimiz şəxslərdir və elə şirkətlər var ki, sırf işçilərinin daşınması üçün müraciət edirlər. Ötən ilə ilə müqayisədə avtomobil icarəsinin fəaliyyəti 80 faiz dayanıb”. (Trend)
İnfluenserlə bağlı yeni vergi təkmilləşdirilməsi necə olacaq? - AÇIQLAMA
Bişkek görüşündə TRIPP layihəsi ilə bağlı hansı qərarlar verilib? – POLİTOLOQ
Dəmir yolu xəttində yenidənqurma: 2028-ci ilədək nələr dəyişəcək?
Metro ziyanla işləyir - Gediş haqqı artırılacaq?
İşə maşınla gedənlərin NƏZƏRİNƏ! - FOTO
İki ölkənin nümayəndələri Zəngəzur dəhlizinə baxış keçirdi: YENİLİKLƏR AÇIQLANDI
Prezidentin Qırğızıstana işgüzar səfəri başa çatıb - FOTO
Bu yollarda tıxac var - SİYAHI - YENİLƏNİB
Bişkekdə keçirilən görüşlər Azərbaycanın siyasi tarixi üçün niyə əhəmiyyətlidir? - AÇIQLAMA
ŞƏT-lə dialoq tərəfdaşı rolunda əməkdaşlıq Azərbaycana nə vəd edir? - DEPUTAT
Yeni tədris ilində tıxac əvvəlki illərdən daha çox artacaq - MÜTƏXƏSSİS










