Pandemiya dövründə Azərbaycanda velosipedə tələbat artıb - FOTO

Son vaxtlar Azərbaycanda velosipedə olan tələbat artıb. Bunu açıqlamasında velosiped mağazalarından birinin nümayəndəsi Azər Qasımov bildirib.
Onun sözlərinə görə, bu, koronavirus səbəbindən insanların bir sıra aktiv fəaliyyətlərinin məhdudlaşması ilə əlaqədardır: “Artıq bir neçə aydır ki, karantin rejiminin tətbiqi ilə bağlı bir çox sahələr bağlıdır. İnsanlar arasında bu zaman ərzində evdə oturmağa yox, daha çox aktiv həyata üstünlük verənlər də olub. Həm də aktiv həyat tərzi orqanizmi virusa qarşı daha dözümlü edir. Bu səbəblərdən mart ayından başlayaraq əvvəlki dövrlə müqayisədə velosipedə tələbat artıb. Daha çox paytaxt sakinləri bu nəqliyyat vasitəsinə üstünlük verir. Velosiped alanların əksəriyyəti isə cavan nəsildir”.
A.Qasımov qeyd edib ki, idman zallarının və açıq havada idman qurğularının bağlı olması da velosipedə olan tələbatı artırıb. Daim bədən quruluşuna və çəkiyə nəzarət edən insanlar zalların bağlı olması səbəbindən velosiped sürməklə formada qalmağa çalışırlar. O, əlavə edib ki, hazırda dəbilqələrə də tələbat yüksəkdir: “Yaxşı bir haldır ki, vətəndaşlar tək velosiped almaqla kifayətlənmirlər. Biz daim olaraq alıcılara dəbilqədən istifadə etməyi tövsiyə edirik. Əvvəllər istifadə etməyənlər də olurdu. Lakin son dövrlər buna tələbat artıb, velosiped həvəskarları artıq aksesuarlar da almağa başlayıblar”. (Trend)




"Brutto müqaviləsi"nin tətbiqi ictimai nəqliyyat sistemində nələri dəyişəcək? - DEPUTAT
Paytaxtın hansı küçələrində sıxlıq müşahidə olunur? - FOTO - YENİLƏNİB
Bağlanan yolların həm də ölkə iqtisadiyyatına zərəri var - EKSPERT
Sürücülərin parklanma problemi necə həll edilməlidir? - MÜTƏXƏSSİS
Bu məktəblərdə dərslər onlayn olacaq - RƏSMİ AÇIQLAMA
Paytaxtın dəyişdirilməsi Bakının problemini həll edəcəkmi? – Ekspert AÇIQLADI - VİDEO
Pəhləvan Elmin Mehdiyevin şouları: Əyləncə, yoxsa israf? - SOSİOLOQ
Azərbaycan üzərindən marşrutda sürpriz dayanacaq: Yol Çində bitmir - FOTO
İnfluenserlə bağlı yeni vergi təkmilləşdirilməsi necə olacaq? - AÇIQLAMA
Bişkek görüşündə TRIPP layihəsi ilə bağlı hansı qərarlar verilib? – POLİTOLOQ
Dəmir yolu xəttində yenidənqurma: 2028-ci ilədək nələr dəyişəcək?










