Pandemiya nə vaxt sona çatacaq?

Türkiyə Səhiyyə Nazirliyinin Koronavirus Elmi Komitəsinin üzvü Dos. Dr. Afşin Emre Kayıpmazın sözlərinə görə, pandemiyanın bitəcəyi tarixi proqnozlaşdırmaq çətindir. O bildirib ki, vaksinasiyanın təsiri ilə yay aylarından həyat tədricən normal vəziyyətə qayıdacaq.
Publika.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, türkiyəli həkim pandemiyadan xilas yollarını açıqlayıb. O bildirib ki, əgər əhali qoyulan tədbirlərə əməl edərsə, vaksin vurdurarsa, yay ayları hazırkı vəziyyətlə müqayisədə daha rahat keçəcək:
“Pandemiyanın nə zaman bitəcəyini demək çətindir. Bütün bunlar fevral və mart aylarında əhalinin nə qədər məsuliyyətli olmasından asılı olacaq. Peyvəndin təsirini hiss etmək üçün əhalinin böyük hissəsi peyvənd vurdurmalıdır.
Peyvəndin ikinci dozası vurulduqdan bir həftə sonra antikor səviyyəsi yaxşılaşır, iki həftə sonra isə artıq istədiyimiz nəticəni əldə edirik. Bu da ilk dozadan 6 həftə sonraya təsadüf edir. Peyvənd olunan insanlar karantin qaydalarına əməl etməyə, əvvəlki kimi maska taxmağa, sosial məsafəni gözləməyə davam etməlidir. Cəmiyyətdə peyvənd və immunitet səviyyəsi artana qədər tədbirli olmalıyıq”.
Həkim qeyd edib ki, ölkələr vaksinasiyaya başlasa da, sözügedən virus bütün dünyada yayıldığıdan təhlükənin nə zaman ötüşəcəyi barədə dəqiq bir fikir bildirmək mümkün deyil:
“Bunu əvvəlcədən söyləmək tezdir, amma onu deyə bilərəm ki, vaksinasiya nə qədər sürətlə aparılsa, normal həyata qayıtmaq şansımız bir o qədər çoxdur. Növbəti qış aylarında infeksiya yenidən baş qaldıracaq, amma biz artıq onunla necə mübarizə aparacağımızı bilirik. Cəmiyyət tədbirlərə alışıb. Bunların təsiri ilə vəziyyəti idarə edə biləcəyik. Unutmamalıyıq ki, ehtiyatsız davransaq, vaxtından əvvəl rahatlaşsaq, yoluxma sayı sürətlə yenidən artacaq”.
Ramiz Mehdiyev var-dövləti haqqında danışdı
Biləcəridə bu küçə də yararsız vəziyyətdədir - Qurumdan REAKSİYA YOXDUR - VİDEO
Simonyan niyə Bakıya deyil, Gəncəyə gəlir? – AÇIQLAMA
Boşanan ata övladının illik 5-10 min təhsil haqqını ödəməyə borcludurmu? - AÇIQLAMA
Azərbaycanın nəqliyyat sistemində hansı texnologiyalar yenilənməlidir? – EKSPERT
Zəngəzur dəhlizində yeni mərhələ: Azərbaycan qurur, Ermənistan isə... - VİDEO
İki məktəbin meydançası baxımsız vəziyyətdədir – Şagirdlər harada idman etsin? - FOTO
Alen Simonyan Azərbaycan nümayəndələri ilə görüşdü - VİDEO
Təmirsiz mənzillərin satışı: Qanunda bununla bağlı cərimə nəzərdə tutulub ? – AÇIQLAMA
Gələn il sosial ödənişlərin məbləğində artım edilməsi üçün hansı meyarlar nəzərə alınmalıdır? - İQTİSADÇI
Küləkli havalarda ağacların aşmasının qarşısını necə almaq olar? - EKOLOQ












