Pandemiya səbəbindən ən böyük aviaşou ləğv edildi

Çinin Çjuhay şəhərindəki ən böyük beynəlxalq hava şousunun təşkilatçıları bu il pandemiya səbəbi ilə şounu ləğv etdiklərini elan ediblər.
“Report” xəbər verir ki, bu barədə “Reuters” agentliyi şounun təşkilatçısı “Zhuhai Airshow Co.” şirkətinə istinadən məlumat yayıb.
Aviaşounun saytında bu məlumat hələ yoxdur. Ancaq şouya bilet almaq istərkən tədbirin noyabrın 10-dan 15-dək olacağı və məlumatın hazırda yeniləndiyi yazısı görünür.
Adətən bu şouda “Airbus”, “Boeing”, “Commercial Aircraft Corp of China” (COMAC) kimi böyük istehsalçılar iştirak edirlər. Lakin pandemiya şəraitində bir çox Qərb aviaşirkətləri şouda iştirak planlarını yenidən nəzərdən keçirib.
Bundan əlavə, xəstəliyin yeni hallarının artması fonunda vətəndaşların sağlamlığını qorumaq məqsədilə Çinə giriş hələlik ciddi şəkildə məhdudlaşdırılıb.
Xatırladaq ki, bundan əvvəl ilin əvvəlində dünyanın ən böyük hava şoularından biri olan “Farnboro” şousu ləğv edilmişdi. Ancaq onun təşkilatçıları tədbiri rəqəmsal formatda – vebinarlar, dəyirmi masalar, ekspert çıxışları və s. ilə keçirməyə qərar vermişdi.
Azərbaycanlıların Ermənistanda keçirdiyi görüşün detalları AÇIQLANDI - VİDEO
Nigar "400 mini haradan tapıb maşın alır" sualına belə cavab verdi
Ramiz Mehdiyev var-dövləti haqqında danışdı
Biləcəridə bu küçə də yararsız vəziyyətdədir - Qurumdan REAKSİYA YOXDUR - VİDEO
Simonyan niyə Bakıya deyil, Gəncəyə gəlir? – AÇIQLAMA
Boşanan ata övladının illik 5-10 min təhsil haqqını ödəməyə borcludurmu? - AÇIQLAMA
Azərbaycanın nəqliyyat sistemində hansı texnologiyalar yenilənməlidir? – EKSPERT
Zəngəzur dəhlizində yeni mərhələ: Azərbaycan qurur, Ermənistan isə... - VİDEO
İki məktəbin meydançası baxımsız vəziyyətdədir – Şagirdlər harada idman etsin? - FOTO
Alen Simonyan Azərbaycan nümayəndələri ilə görüşdü - VİDEO
Təmirsiz mənzillərin satışı: Qanunda bununla bağlı cərimə nəzərdə tutulub ? – AÇIQLAMA












