Parlament jurnalistləri Prezidentə məktub ünvanladılar

Sizin rəhbərliyinizlə indiyədək ölkəmizdə medianın inkişafı istiqamətində çox ciddi addımlar atılıb. Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun yaradılması, jurnalistlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədilə dövlət büdcəsindən ayrılan vəsait hesabına media nümayəndələri üçün yaşayış binalarının tikilməsi, mətbuatımızda xidmətləri olan həmkarlarımızın mükafatlandırılması kimi addımlar bu qəbildəndir.
Azərbaycan Milli Mətbuatının 145 illik yubileyinin keçirilməsi ilə bağlı imzaladığınız Sərəncamda müvafiq qurumların, o cümlədən jurnalist təşkilatlarının qarşısında konkret vəzifələr qoymusunuz, həmçinin mətbuatın inkişafında xüsusi xidmətləri olan jurnalistlərin mükafatlandırılması haqqında təkliflərin verilməsini tövsiyə etmisiniz. Bu etimadı, jurnalist təşkilatlarının cəmiyyət həyatındakı rolunun artırılmasına Sizin tərəfinizdən verilən bir təkan kimi qiymətləndiririk.
Cənab Prezident!
Biz jurnalistlərə, jurnalist təşkilatlarına verdiyiniz dəyərə və etimada görə özündə ölkənin əksər media qurumlarının təmsilçilərini birləşdirən Parlament Jurnalistləri Birliyi adından Sizə dərin təşəkkürümüzü bildiririk! Bildiririk ki, Azərbaycan dövlətinin inkişafı və torpaqlarımızın azadlığı yolunda apardığınız yorulmaz mübarizədə, Azərbaycan həqiqətlərinin, haqlı mövqeyimizin dünyaya çatdırılmasında PJB olaraq dövlətimizin yanındayıq!"
Bu yollarda tıxac var - SİYAHI - FOTO
Tarif Şurası benzinlə bağlı qərara hazırlaşır? - AÇIQLAMA
Tramp İranla münaqişədən DANIŞIB
Tramp BMT Baş Assambleyasının Nyu-Yorkdakı iclasında nə qazandı? – POLİTOLOQ
Tıxaclar Bakı sakinlərinə ildə 900 manat ziyan vurur - EKSPERT
Bu yollarda tıxac var - SİYAHI - FOTO - YENİLƏNİB
Bakı əhalisi tıxacda nə qədər pul itirir? - ARAŞDIRMA
Sürücülərə ŞAD XƏBƏR: Cərimə balları ilə bağlı YENİ QƏRAR gözlənilir
Üç qardaş ölkədən KİBERHƏMLƏ: Hərbi mütəxəssislər vahid komandada - VİDEO - FOTO
Sumqayıtın simvolu sayılan heykəlin son halı narazılıq yaratdı - FOTO
Prezident iki rayona və bir şəhərə icra başçısı TƏYİN ETDİ












