"Otuz il özümüzü aldatdıq" - Paşinyandan ETİRAF

Ötən gün Ermənistan Baş naziri Nikol Paşinyan Zəngəzurun icra orqanlarının rəhbərləri ilə görüş keçirib.
Ermənistanın “Hraparak” qəzetinin məlumatına görə, görüş zamanı Nikol Paşinyan Qarabağla bağlı etiraflar səsləndirib.
O, Qarabağın Azərbaycanın olduğunu söyləyib və görüşdə iştirak edənlərdən də bu fikri qəbul etmələrini istəyib.
“Qarabağ Azərbaycanındır, bizi 30 il ərzində aldadıblar, məsələnin sonu da baş verənlər kimi olmalıydı”, - deyə o qeyd edib.
Görüş çərçivəsində Nikol Paşinyanın erməni ictimaiyyətində sensasiya kimi qarşılanan daha bir etirafı da diqqətdən yayınmayıb. O, faktiki olaraq Ermənistanın Zəngəzur dəhlizinin açılmasına əngəl olacaq gücdə olmadığını etiraf edib.
Nəşr qeyd edir ki, Nikol Paşinyan görüş zamanı ölkəsinin yolları bağlaya bilməyəcəyini, Azərbaycana Naxçıvana gediş-gəliş üçün yol verməyə məcbur olduğunu vurğulayıb. Çünki Azərbaycan Prezidenti İlham Əliyev bu məsələni hərb yolu ilə də həll edə bilər.
“Bizim isə buna müqavimət göstərmək üçün resurslarımız yoxdur”, - deyə N.Paşinyan bildirib.
Azərbaycan haqqında “hökm” əvvəlcədən verilib?
"Azərbaycan əsgəri saxlanılarkən müqavimət göstərməyib" - Paşinyan
Bu yollarda tıxac var - SİYAHI
Dəyişən iş qrafiki tıxacları azalda bilmədi - Yeni TƏKLİF GÜNDƏMDƏ
Saxta iş elanı paylaşanları hansı cəza gözləyir? - HÜQUQŞÜNAS
Bakalavr və magistrların ödənişsiz təhsilə keçid prosesi necə həyata keçirilir? - AÇIQLAMA
Yol kənarlarını hansısa əşya ilə zəbt edərək özünə parkinq saxlayanları nə gözləyir? – ƏRŞAD HÜSEYNOV
Bu halda texniki baxış mütləqdirmi? – Sürücülərə mühüm AÇIQLAMA
Heyvanlara qarşı zorakılığın cəzası artırılacaqmı? – AÇIQLAMA
Bakıda mikromobillik üçün vahid şəbəkə nə vaxt yaradılacaq? – AÇIQLAMA
Bakıda torpaq 17 faiz bahalaşıb: Qiymətlər daha da arta bilərmi? – AÇIQLAMA











