Payızda xəstəlik sayının artması gözlənilir

"Koronavirus pandemiyası ilə əlaqədar Azərbaycanın da gördüyü qabaqlayıcı tədbirlər sayəsində xəstəlik sayında azalmalar qeydə alındı. Lakin bütün dünyada olduğu kimi burada da virus həm əhalinin həyatı, həm də iqtisadi baxımdan çətin oldu". Bunu Ümumdünya Səhiyyə Təşkilatının Azərbaycandakı nümayəndəsi Hande Harmancı deyib.
O bildirib ki, hazırda pandemiya ilə mübarizədə yeni dönəmə giririk: "Payız mövsümünün gəlişi ilə xəstəlik sayının artmasını gözləyirik. Bu səbəbdən də ÜST bu günə qədər alınan dərslərdən nəticə çıxarmağı tövsiyə edir. Bu günə qədər öyrənilən şeyləri təkrar gözdən keçirməliyik. Bundan sonra bütün ölkənin sərt karantin rejiminin yenidən bərpası deyil, ancaq bölgələr üzrə fərqli tədbirlərin həyata keçirilməsi lazımdır".
H.Harmancı qeyd edib ki, ölkələr digər dövlətlərin xəstəlik üzrə göstəriciləri üzrə məlumat toplamağa davam etməlidir: "Ölkələrin epidemioloji baxımdan güvənli olmasını bilmək vacib amildir. Təbii ki, önəmli məsələlərdən biri də xəstələrlə təmasda olan şəxslərin izlənilməsi də əsasdır. Belə olan halda xəstəliyin yayılmasının qarşısını vaxtında olmaq mümkün olar. Bütün ölkələr yaxın gələcək üçün normal həyata qayıtmaq üçün çıxış yolları tapmalıdır".
ÜST rəsmisi əlavə edib ki, küçələrdə gəzmək sərbəst olsa da, tələb olunan qaydalara ciddi əməl etmək lazımdır: "Azərbaycanın xəstəlik çox olan bölgələri fərqləndirərək sərt tədbirlər görülməsini dəstəkləyirik". ("Report")
Sürücülərin DİQQƏTİNƏ! - Bu yollar AÇILDI
Zəngilanda Anım Günü ilə bağlı tədbir keçirilib - FOTO - VİDEO
Şəhidlərin xatirəsini yaşadan tarix - 27 Sentyabr ANIM GÜNÜ
Prezident İlham Əliyev Formula 1-dən paylaşım edib - VİDEO
Sürücülərə ŞAD XƏBƏR: Bakı yollarında "Formula-1" məhdudiyyətlərinin bitəcəyi saat AÇIQLANDI
İlham Əliyev və Mehriban Əliyeva "Formula-1" Azərbaycan Qran-prisinin əsas yarışına baxıblar - FOTO
“Formula-1” üzrə Azərbaycan Qran-prisinin qalibi bəlli olub
İlham Əliyev Beynəlxalq Avtomobil Federasiyasının prezidenti ilə GÖRÜŞÜB - FOTO
İlham Əliyevin AIIF 2026-da iştirakına dair video paylaşılıb - VİDEO
“Xəzər dənizi üzərindən bərədən istifadə etməlidirlər” - İlham Əliyev
Prezident investorlara saxta mediaya inanmamağı məsləhət görüb












