Peyvənd savaşları: Varlı ölkələrin bitməyən tamahı

Artıq bəzi ölkələr neomüstəmləkəçilik, neoimperializm niyyətlərini açıq şəkildə ortaya qoyurlar. Zəngin dövlətlər özlərinə lazım olandan qat-qat artıq miqdarda vaksinlər sifariş edirlər, şirkətlərlə danışığa gedərək gələcəkdə istehsal ediləcək vaksinləri də indidən alırlar.
Avtosfer.az bildirir ki, bunu Trend-ə Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev deyib.
M.Quliyev bildirib ki, bu cür davranışlar kasıb ölkələrdə vaksin çatışmazlığına gətirib çıxaracaq: "Cənab Prezident İlham Əliyev Azərbaycan Televiziyasına müsahibəsində bu məsələyə toxundu və eyni zamanda Kanadanı misal çəkərək bildirdi ki, bu ölkənin əhalisinin 38 milyon olmasına baxmayaraq, 150 milyon dozadan çox vaksin sifariş etməklə 100 milyondan çox insanı vaksinsiz qoymaq istəyir.
Bu da çox böyük ədalətsizlikdir və zəngin ölkələrin öz maddi resurslarından, imkanlarından istifadə edərək kasıb ölkələri daha da özlərindən asılı vəziyyətə salmaq, daha da yoxsullaşdırmaq, onların əhalisini ölüm təhlükəsi qarşısında qoymaq və torpaqlarını, ərazilərini, resurslarını zəbt etmək kimi pis, xəbis niyyətlərindən xəbər verir. Bu da dünyada haqq-ədalətin ən kəskin şəkildə pozulmasıdır".
M.Quliyev bildirib ki, burada vaksin satan şirkətlər də ədalətli olmalıdır: "Onlar da düşünməlidir ki, onların bu hərəkəti fəaliyyətlərində qara bir ləkə kimi qalmasın".
Bakıda keçiriləcək sammitdə hansı məsələlər müzakirə olunacaq? – POLİTOLOQ
Bakı Funikulyoru ictimai nəqliyyat sisteminə qoşulsun – Ekpertdən TƏKLİF
150 manat cərimə oluna bilərsiniz - Sürücülərin diqqətinə!
Türkiyədə “ərəbləşmə” və “mollalaşma” müzakirələri – Azərbaycan məsələsi niyə gündəmdədir?
İlham Əliyevin ilk dəfə Prezident seçilməsindən 23 il ötür - VİDEO
Bu yollarda tıxac var - SİYAHI
İlham Əliyevin adından AQEM iştirakçılarının şərəfinə şam yeməyi verilib - FOTO
İlham Əliyev Tacikistan Prezidenti ilə görüşüb
Azərbaycanda cinsi əlaqə yaşı ilə bağlı qanunda dəyişikliyə ehtiyac var? - RƏY
İlham Əliyev Şavkat Mirziyoyevlə görüşüb - FOTO
Bank köçürmələrində yeni qaydalar: Komissiya artacaq? - AÇIQLAMA












