Peyvənd tapılana qədər özümüzü və ətrafımızı qorumağa davam etməliyik

Koronavirus ifeksiyasına qarşı Azərbaycanda aparılan sistemli qabaqlayıcı tədbirlər, vətəndaşların məsuliyyəti və mövcud qaydalara əməl etmələri sayəsində müsbət nəticələr əldə edilib. Bunu Trend-ə Milli Məclisin deputatı Sevinc Hüseynova deyib.
Deputat bilirib ki, hazırda Azərbaycan virusa yoluxanların və vəfat edənlərin sayına, habelə sağalanların sayına görə ən yaxşı nəticələr nümayiş etdirən ölkələr sırasındadır: “Bu isə sözsüz ki, ölkə Prezidenti cənab İlham Əliyevin pandemiyanın yayıldığı ilk gündən belə həyata keçirdiyi siyasətin nəticəsində mümkün olub. Azərbaycan dövləti infeksiyanın yayıldığı ilk gündən vəziyyəti nəzarətə götürdü və geniş miqyaslı tədbirlər həyata keçirməyə başladı. İstər insanların sağlamlığının qorunması, istərsə də təhlükəsizliyinin təmin edilməsi, həmçinin koronavirus xəstələrinin müalicəsi üçün aparılan sistemli tədbirlər sahəsində, o cümlədən səhiyyə infrastrukturunun təkmilləşdirilməsi, yeni xəstəxanaların açılması və tibb müəssisələrinin texniki təchizatının yaxşılaşdırılması baxımından bütün uğurlu tədbirlər buna bariz nümunədir.
Bununla yanaşı ölkəmizdə xüsusi karantin rejiminin tətbiqi ilə bağlı vətəndaşların sosial rifahının qorunması üçün çox ciddi sosial dəstək proqramları həyata keçirildi. Bütün bu tədbirlər ölkədə koronavirusa qarşı aparılan mübarizədə müsbət dinamikanın əldə olunmasına imkan yaratdı. Bunun nəticəsində karantin rejimində yumşalmalar aparılması mümkün oldu. Belə ki, xüsusi karantin rejimnin tətbiq olunan 10 rayonun sarı zonaya keçirilməsi mümkün oldu, o cümlədən bir sıra sahələrdə məhdudiyyətlər aradan qaldırıldı.
Ancaq karantin rejiminin yumşaldılması bizi arxayınlaşdırmamalıdır. Həmçinin qarşıdan gələn payız aylarında respirator xəstəliklərin aktivləşməsini nəzərə almınmaqla yoluxmaların nisbətən çox olduğu Bakı, Sumqayıt və Abşeronda ciddi karantin rejimi qalmaqdadır. Yəni yoluxma hallarının artmasının qarşısını almaq üçün karantin rejiminin hələ bir müddət də davam edilməsi məqsədəuyğundur. Bu vacib bir məsələdir, çünki əldə olunan müsbət dinamikanı qorumalıyıq və burada əsas hədəf vətəndaşlarımızın sağlamlığının qorunması məsələsidir. Təbbi ki, hər bir vətəndaş Operativ Qərargahın qoyduğu qaydalara riayət etməkdə davam etməlidir. Bu, həm vətəndaşların özlərinin, həm onların yaxınlarının və ümumilikdə cəmiyyətimizin, dövlətimizin bu bəladan az itkilərlə xilas olmasına imkan yarada bilər.
Nə qədər koronavirusa qarşı peyvənd tapılmayıb, biz maksumum özümüz və ətrafımızı qorumağa davam etməliyik”.
Piyadalara su sıçradan sürücüləri hansı cəza gözləyir? - VİDEO
Sel suları kənd yolunun bir hissəsini yararsız hala saldı - FOTO
Bakı səhəri belə açdı - Yağışlı yollardan yeni görüntülər - VİDEO
Metropoliten rəisi: ictimai nəqliyyat pulsuz olmalıdır
Hava şəraiti ilə bağlı sürücülərə XƏBƏRDARLIQ
Yağış suları həyətə dolur, hərəkət çətinləşir; qurumlardan reaksiya yoxdur - VİDEO
Sabunçu keçidi bağlandı - VİDEO
FHN əhaliyə müraciət etdi
Ermənistan təyyarələrimizin uçuşuna qadağa qoyub? - AÇIQLAMA
Qar, yağış yağacaq, şimşək çaxacaq, külək əsəcək - Sabahın havası
Bu icra hakimiyyətində kadr dəyişikliyi oldu










