Pirallahıda intensiv yağışın fəsadları aradan qaldırılır - FOTOLAR

Bakı Şəhər İcra Hakimiyyətinin göstərişi ilə rayonun kommunal strukturları və ərazidə fəaliyyət göstərən aidiyyəti qurumlar gücləndirilmiş iş rejimində fasiləsiz fəaliyyət göstərirlər.
Avtosfer.az xəbər verir ki, gün ərzində normadan dəfələrlə artıq yağan intensiv yağışların yaratdığı fəsadların aradan qaldırılması məqsədilə koordinasiyalı tədbirlər həyata keçirilir. Mövcud vəziyyət nəzərə alınaraq növbətçilik sistemi təşkil olunmuş və bu məqsədilə məsul şəxslər müəyyən edilmişdir.
Belə ki, ərazi üzrə yağış sularının yığılmasının qarşısının alınması üçün xüsusi texnika və canlı qüvvə cəlb olunaraq su basmış küçələrdən suyun çəkilməsi, kanalizasiya xətlərinin və yağış barmaqlıqlarının təmizlənməsi işləri sürətləndirilmişdir. Eyni zamanda, yaranmış çətinliklərin minimuma endirilməsi üçün nəqliyyatın hərəkətinin bərpası, piyadaların təhlükəsizliyinin təmin edilməsi istiqamətində də zəruri addımlar atılır.
Kommunal xidmətlər tərəfindən ərazidə fasiləsiz monitorinq aparılır, yaranan problemlərə dərhal müdaxilə edilir. Həmin ərazilərdə toplanmış yağış suyu dərhal nasos və xüsusi texnika vasitəsilə kənarlaşdırılır.
Aidiyyəti qurumlar tərəfindən görülən tədbirlər nəticəsində yağışın yaratdığı çətinliklərin qısa müddətdə aradan qaldırılması və rayon sakinlərinin normal həyat ritminin bərpa olunması istiqamətində işlər davam etdirilir.
Bu rayonlar öz xərclərini ödəyə biləcəklər? – İQTİSADÇI AÇIQLADI
Metro və avtobusların yükü azalacaq? - Yeni xətlər çəkilir
Sürücülərin DİQQƏTİNƏ: Cəriməni belə ləğv etdirə bilərsiniz
Azərbaycandakı hər 10 avtomobildən 4-ü Bakıda qeydiyyatdadır – STATİSTİKA
Bu yollarda tıxac var - SİYAHI
Trampdan İlham Əliyevə xüsusi dəvət
Mehdiyevin kitabları kitabxanalardan yığışdırılır - YOXLAMALAR BAŞLANILDI
Oxucuların diqqətinə: Prezident İlham Əliyevin rəsmi sosial şəbəkə hesablarını izləyin
Mərkəzi Asiyadan Azərbaycana yeni enerji axını mümkündürmü? - AÇIQLAMA
Avtomobillə işə gedənlərin NƏZƏRİNƏ!
İlham Əliyev İspaniya Kralına başsağlığı verib












