Pivə gecikdi, qan töküldü: Qazaxda kişi ofisiant sevgilisini bıçaqlayanları qana boyadı - TƏFƏRRÜAT

Qazax rayonunda dörd nəfərin bıçaqlanması ilə nəticələnən hadisə barədə bəzi detallar məlum olub.
Avtosfer.az xəbər verir ki, hüquq-mühafizə orqanlarından verilən məlumata görə, hadisə müştərinin sifariş verdiyi pivənin gecikməsi səbəbindən baş verib.
Kafedə müşətir olan Elvin Abbasov və digər iki dostu pivə sifariş ediblər.
Onlara qulluq edən ofisiant Türkan Şamayeva sifarişi gec gətirib və E.Abbasovla aralarında mübahisə baş verib. Nəticədə o, T.Şamayevanı bıçaqlayıb.
Hadisəni eşidən Türkanın sevgilisi İsrafil Camalov E.Abbasovu və iki nəfəri bıçaqlayıb.
Yaralıların vəziyyəti orta-ağır qiymətləndirilir.
İsrafil Camalov saxlanılıb, faktla bağlı araşdırma davam etdirilir.
Qeyd edək ki, ötən gün Qazaxda dörd nəfərin xəsarət alması ilə nəticələnən iki bıçaqlanma hadisəsi olub.
Belə ki, aralarında yaranan mübahisə davaya çevrilən 1971-ci il təvəllüdlü Qazax rayon sakini Əsliyev Mərdan Mehrəli oğlu qabırğasından, 1987-ci il təvəllüdlü Abbasov Elvin Zeynal oğlu sağrı nahiyəsindən, 1964-cü il təvəllüdlü Aslanov Şahid İsmayıl oğlu sol bud nahiyəsindən bıçaqlanıb. Hər üç yaralı xəstəxanaya yerləşdirilib.
Bundan başqa, 1994-cü il təvəllüdlü Şamayeva Türkan Mehdi qızı sol bud nahiyəsindən bıçaq xəsarəti ilə xəstəxanaya yerləşdirilib.
Sürücülərin DİQQƏTİNƏ! - Bu yollar AÇILDI
Zəngilanda Anım Günü ilə bağlı tədbir keçirilib - FOTO - VİDEO
Şəhidlərin xatirəsini yaşadan tarix - 27 Sentyabr ANIM GÜNÜ
Prezident İlham Əliyev Formula 1-dən paylaşım edib - VİDEO
Sürücülərə ŞAD XƏBƏR: Bakı yollarında "Formula-1" məhdudiyyətlərinin bitəcəyi saat AÇIQLANDI
İlham Əliyev və Mehriban Əliyeva "Formula-1" Azərbaycan Qran-prisinin əsas yarışına baxıblar - FOTO
“Formula-1” üzrə Azərbaycan Qran-prisinin qalibi bəlli olub
İlham Əliyev Beynəlxalq Avtomobil Federasiyasının prezidenti ilə GÖRÜŞÜB - FOTO
İlham Əliyevin AIIF 2026-da iştirakına dair video paylaşılıb - VİDEO
“Xəzər dənizi üzərindən bərədən istifadə etməlidirlər” - İlham Əliyev
Prezident investorlara saxta mediaya inanmamağı məsləhət görüb












