Polis Balakəndə əməliyyat keçirdi; saxlanılan var - FOTO

Balakən Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən kultivasiya yolu ilə yetişdirilən narkotik tərkibli bitkilərin aşkar edilməsi və bu qanunsuz fəaliyyətlə məşğul olan şəxslərin ifşa olunaraq məsuliyyətə cəlb edilmələri istiqamətində uğurlu əməliyyat tədbiri həyata keçirilib.
DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan Avtosfer.az-a verilən məlumata görə, polis şöbəsinə rayonun Gərəkli kənd sakini Elşad Əzizovun həyətyanı sahəsində narkotik vasitələrin kultivasiyası ilə məşğul olması barədə məlumat daxil olub. Həmin ünvan dərhal əməliyyat nəzarətinə götürülüb, E.Əzizovun yaşadığı evə və həyətyanı sahəyə baxış keçirilib. Baxış zamanı bostan bitkilərinin becərildiyi ərazidə, eləcə də tövlənin çardaq hissəsində ot bağlamalarının arasında dibçəklərdə, dəmir və plastik qablarda xüsusi qulluq göstərilən 239 ədəd narkotik tərkibli çətənə bitkiləri aşkar edilib. E.Əzizov törətdiyi cinayət əməlini etiraf edib və çətənə bitkilərini yetişdirib qurutduqdan sonra satmaq məqsədində olduğunu bildirib.
Faktla bağlı Balakən Rayon Polis Şöbəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb və Elşad Əzizov təqsirləndirilən şəxs qismində istintaqa cəlb olunub.
Namiq Musayev
.









Sürücülərin DİQQƏTİNƏ! - Bu yollar AÇILDI
Zəngilanda Anım Günü ilə bağlı tədbir keçirilib - FOTO - VİDEO
Şəhidlərin xatirəsini yaşadan tarix - 27 Sentyabr ANIM GÜNÜ
Prezident İlham Əliyev Formula 1-dən paylaşım edib - VİDEO
Sürücülərə ŞAD XƏBƏR: Bakı yollarında "Formula-1" məhdudiyyətlərinin bitəcəyi saat AÇIQLANDI
İlham Əliyev və Mehriban Əliyeva "Formula-1" Azərbaycan Qran-prisinin əsas yarışına baxıblar - FOTO
“Formula-1” üzrə Azərbaycan Qran-prisinin qalibi bəlli olub
İlham Əliyev Beynəlxalq Avtomobil Federasiyasının prezidenti ilə GÖRÜŞÜB - FOTO
İlham Əliyevin AIIF 2026-da iştirakına dair video paylaşılıb - VİDEO
“Xəzər dənizi üzərindən bərədən istifadə etməlidirlər” - İlham Əliyev
Prezident investorlara saxta mediaya inanmamağı məsləhət görüb












