DİN-dən Kəramət Böyükçölün saxlanılması barədə AÇIQLAMA - YENİLƏNİB

Daxili İşlər Nazirliyi (DİN) gənc yazıçı Kəramət Böyükçölün saxlanılmasına aydınlıq gətirib. Nazirliyin mətbuat xidmətindən verilən məlumata görə, K.Böyükçölün saxlanılması qonşuların şikayətilə bağlıdır.
Belə ki, onun kirayədə yaşadığı binanın sakinləri və mənzilin sahibi ərazi üzrə Polis bölməsinə müraciət edərək, iki gündür həmin mənzildən səs-küy gəldiyini və bu halın qonşuları ciddi narahat etdiyini bildiriblər: “Hətta qonşulardan biri onun qapınısını döyərək sakitliyə riayət etməyə çağırıb. Bu zaman Kəramət Böyükçöl həmin qonşunu təhqir edərək onunla dalaşıb.
Bu gün ərazi üzrə Polis bölməsinin əməkdaşları daxil olan şikayət əsasında həmin ünvana gedib. Sərxoş vəziyyətdə olan Kəramət Böyükçöl saxlanılıb. Hazırda araşdırma aparılır”.
***
Bir qədər öncə gənc yazıçı Kəramət Böyükçöl polis tərəfidən saxlanılıb. Bu barədə onun özü Facebook-da bildirib. Yazıçı canlı yayımda olarkən yaşadığı mənzilə gələn polis əməkdaşları qonşuların ondan şikayət etdiyini bildiriblər. K.Böyükçöl saxlanılaraq polisə aparılıb.
Sürücülərin DİQQƏTİNƏ! - Bu yollar AÇILDI
Zəngilanda Anım Günü ilə bağlı tədbir keçirilib - FOTO - VİDEO
Şəhidlərin xatirəsini yaşadan tarix - 27 Sentyabr ANIM GÜNÜ
Prezident İlham Əliyev Formula 1-dən paylaşım edib - VİDEO
Sürücülərə ŞAD XƏBƏR: Bakı yollarında "Formula-1" məhdudiyyətlərinin bitəcəyi saat AÇIQLANDI
İlham Əliyev və Mehriban Əliyeva "Formula-1" Azərbaycan Qran-prisinin əsas yarışına baxıblar - FOTO
“Formula-1” üzrə Azərbaycan Qran-prisinin qalibi bəlli olub
İlham Əliyev Beynəlxalq Avtomobil Federasiyasının prezidenti ilə GÖRÜŞÜB - FOTO
İlham Əliyevin AIIF 2026-da iştirakına dair video paylaşılıb - VİDEO
“Xəzər dənizi üzərindən bərədən istifadə etməlidirlər” - İlham Əliyev
Prezident investorlara saxta mediaya inanmamağı məsləhət görüb












