Polis parkda istirahət edən COVID-19 xəstəsini saxlayıb - FOTO

Paytaxtın Sabunçu rayonunda COVID-19 infeksiyasına yoluxmuş xəstə müəyyən olunub. Bakı Şəhər Baş Polis İdarəsinin Mətbuat Xidmətindən Avtosfer.az-a verilən məlumata görə, Sabunçu Rayon Polis İdarəsinin 14-cü Polis Bölməsi əməkdaşları tərəfindən Maştağa qəsəbəsində qəsəbə sakini, 1989-cu il təvəllüdlü Anar Cəfərov vətəndaşların intensiv hərəkət etdiyi istirahət parkında aşkar olunub. COVID-19 infeksiyasının daşıyıcısı olan şəxslə profilaktik söhbətlər aparılıb, onun bu hərəkətlərinin digər şəxslərin həyat və sağlamlığı üçün təhlükə olduğu diqqətinə çatdırılıb, ona digər şəxslərlə təmasda olmaması üçün tövsiyələr verilməklə, müalicəsini davam etdirmək üçün müvafiq ünvana yerləşdirilib.
Qeyd olunan hərəkətlərdə epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və ya karantin rejimlərinin pozulması halları həyat və sağlamlıq üçün real təhlükə mənbəyidir. Bunu nəzərə alaraq, hər bir şəxs tətbiq olunan qaydalara, sosial məsuliyyətdən irəli gələrək özünü, yaxınlarını və digər şəxsləri qorumaq üçün mövcud sanitar-gigiyenik qayda və tələblərə ciddi riayət etməli, başqalarını da buna çağırmalıdır.
Namiq Musayev
İnfluenserlə bağlı yeni vergi təkmilləşdirilməsi necə olacaq? - AÇIQLAMA
Bişkek görüşündə TRIPP layihəsi ilə bağlı hansı qərarlar verilib? – POLİTOLOQ
Dəmir yolu xəttində yenidənqurma: 2028-ci ilədək nələr dəyişəcək?
Metro ziyanla işləyir - Gediş haqqı artırılacaq?
İşə maşınla gedənlərin NƏZƏRİNƏ! - FOTO
İki ölkənin nümayəndələri Zəngəzur dəhlizinə baxış keçirdi: YENİLİKLƏR AÇIQLANDI
Prezidentin Qırğızıstana işgüzar səfəri başa çatıb - FOTO
Bu yollarda tıxac var - SİYAHI - YENİLƏNİB
Bişkekdə keçirilən görüşlər Azərbaycanın siyasi tarixi üçün niyə əhəmiyyətlidir? - AÇIQLAMA
ŞƏT-lə dialoq tərəfdaşı rolunda əməkdaşlıq Azərbaycana nə vəd edir? - DEPUTAT
Yeni tədris ilində tıxac əvvəlki illərdən daha çox artacaq - MÜTƏXƏSSİS










