Polis seçkilər zamanı vətəndaşların telefonlarını dinləyib

Ötən seçkilər və Avropa İttifaqına inteqrasiya ilə bağlı referendum zamanı Moldova polisi yüzlərlə, hətta minlərlə vətəndaşın telefonlarını dinləyib.
Avtosfer.az “Report”a istinadən xəbər verir ki, bu barədə Moldova Baş Polis Müfəttişliyinin rəhbəri, general Viorel Cernaucyanu Ziarul de Garda nəşrinə müsahibəsində bildirib.
Onun sözlərinə görə, bu böyük xərclərə səbəb olub:
“Xüsusi nəzarət altında yüzlərlə, hətta minlərlə insan var idi. Təsəvvür edirsiniz, 300-400 nəfəri dinləmək üçün nə qədər iş görülür: bu qədər adamlar hər deyilənləri dinləmək üçün qulağına qulaqcıq taxıb oturmalı olurlar”.
O, polis avadanlığının ölkə vətəndaşlarının mobil telefonlarındakı mesajları oxumağa imkan verməsi ilə öyünüb:
“Polis telefonları dinləməyə və izləməyə hələ keçən ilin yazında, yerli seçkilərdən əvvəl hakimiyyət tərəfindən qadağan edilmiş “Şor” müxalifət partiyasının səs satın alma sxemləri haqqında məlumat alanda başlayıb. İstintaq tədbirləri ötən ilki seçkilər zamanı başlayıb və davam edir. Bu günə kimi qanunsuz maliyyələşdirmə ilə bağlı 59 cinayət işi başlanıb, onlardan 4-ü ötən ildən davam edir”.
Prezident maaşlarla bağlı FƏRMAN İMZALADI
Avropada yollarda sürət limiti dəyişə bilər: Maksimum 100 km/saat…
Azərbaycan haqqında “hökm” əvvəlcədən verilib?
"Azərbaycan əsgəri saxlanılarkən müqavimət göstərməyib" - Paşinyan
Bu yollarda tıxac var - SİYAHI
Dəyişən iş qrafiki tıxacları azalda bilmədi - Yeni TƏKLİF GÜNDƏMDƏ
Saxta iş elanı paylaşanları hansı cəza gözləyir? - HÜQUQŞÜNAS
Bakalavr və magistrların ödənişsiz təhsilə keçid prosesi necə həyata keçirilir? - AÇIQLAMA
Yol kənarlarını hansısa əşya ilə zəbt edərək özünə parkinq saxlayanları nə gözləyir? – ƏRŞAD HÜSEYNOV
Bu halda texniki baxış mütləqdirmi? – Sürücülərə mühüm AÇIQLAMA
Heyvanlara qarşı zorakılığın cəzası artırılacaqmı? – AÇIQLAMA











