Polis zabiti ailəsi ilə birgə itkin düşdü - FOTOLAR

Ukraynanın Mariupol şəhərində yaşayan azərbaycanlı Ruslan Musayev artıq 25 gündür ailəsi ilə birlikdə itkin düşüb.
Bu barədə "Report”a R.Musayevin qohumu Sabina Abdullayeva məlumat verib.
Onun sözlərinə görə, Ruslan Musayevlə sonuncu dəfə martin 1-də əlaqə saxlayıblar. "Ruslan və ailəsi ilə sonuncu dəfə martin 1-də telefonla danışmışıq. Həmin gündən sonra o, həyat yoldaşı Alyona Musayeva və azyaşlı oğlu Dəmir Musayev barədə məlumatımız yoxdur. Ruslan Mariupol şəhərinin Polis İdarəsinin zabitidir. O, polisdəki nümunəvi xidmətləri ilə dəfələrlə fərqlənib və mükafatlar alıb”.
S.Abdullayeva qeyd edib ki, R.Musayevin atası da Ukrayna polisində çalışıb və hazırda təqaüddədir: "Ruslanın atası Xudat Musayev Berdyansk şəhərindədir. Eyni zamanda Ruslanın bacısı Kristina da hazırda polisdə çalışır. Bir neçə həftə idi ki, Kristina ilə də əlaqəmiz itmişdi. Lakin martın 24-dən onunla əlaqə saxlaya bilirik. Amma təəssüf ki, Ruslan və ailəsi barədə məlumatsızıq. Buna görə də çox nigaranıq”.






Sumqayıtın mərkəzi küçəsində vəziyyət; yolda çuxurlar var, amma xətləmə işi görülüb - FOTO
Akkumulyatoru tədricən dağıdan avqust istisi
Moskva səfirliyimiz qarşısındakı təxribata niyə göz yumuldu? – Politoloq AÇIQLADI
Bakıda “klyokların rəqsi” - VİDEO
Qarpızı barmaqla deşmək trendə çevrildi – “Güc nümayişi”, yoxsa nemət israfı? – VİDEO
"Təcili beh tələsinə düşməyin!" - DİN-dən tələbələrə ÇAĞIRIŞ
İşə maşınla gedənlərin NƏZƏRİNƏ!
Sumqayıtın ən təhlükəli yolu – Bu küçədə sürət limitinə əməl edilmir - VİDEO
Sənaye məqsədilə sudan istifadə qiymətlərindəki dəyişiklik kimlərə şamil ediləcək? - İQTİSADÇI
Maştağa-Zabrat yolunda qəzalar niyə artıb? - EKSPERT
Orta Dəhlizin regional inkişafı Azərbaycan üçün nə vəd edir? - POLİTOLOQ










