Polislər tərəfindən döyüldüyünü iddia edən pedofil həbsxanada ölü tapıldı

Rusiyanın Boroviçi şəhərində polisləri onu döyməkdə ittiham edən pedofil həbsxanadakı kamerada ölü tapılıb.
Avtosfer.az xəbər verir ki, bu barədə “LifeShot” “Telegram” kanalı xəbər yayıb.
O, döşəmədə uzanmış vəziyyətdə aşkar olunub və kəllə-beyin travması ilə xəstəxanaya yerləşdirilib. Lakin məhkumun həyatını xilas etmək mümkün olmayıb.
İlkin ehtimallara görə, Yuri İvşin ikiyaruslu çarpayının ikinci mərtəbəsindən yıxılıb.
Hazırda bununla bağlı istintaq davam edir.
54 yaşlı İvşin ötən ilin yazında saxlanılıb. O, bir neçə uşağı zorlamaqda ittiham olunub. Pedofil saxlanılarkən polislər tərəfindən döyüldüyünü dedikdən sonra əməliyyatda iştirak edən üç asayiş keşikçisi də saxlanılıb.
Bundan sonra Boroviçi şəhər sakinləri saxlanılan polis əməkdaşlarını dəstəkləmək üçün küçələrə axışıblar.
İstintaqdan sonra polislər azadlığa buraxılıblar.
Azərbaycanlıların Ermənistanda keçirdiyi görüşün detalları AÇIQLANDI - VİDEO
Nigar "400 mini haradan tapıb maşın alır" sualına belə cavab verdi
Ramiz Mehdiyev var-dövləti haqqında danışdı
Biləcəridə bu küçə də yararsız vəziyyətdədir - Qurumdan REAKSİYA YOXDUR - VİDEO
Simonyan niyə Bakıya deyil, Gəncəyə gəlir? – AÇIQLAMA
Boşanan ata övladının illik 5-10 min təhsil haqqını ödəməyə borcludurmu? - AÇIQLAMA
Azərbaycanın nəqliyyat sistemində hansı texnologiyalar yenilənməlidir? – EKSPERT
Zəngəzur dəhlizində yeni mərhələ: Azərbaycan qurur, Ermənistan isə... - VİDEO
İki məktəbin meydançası baxımsız vəziyyətdədir – Şagirdlər harada idman etsin? - FOTO
Alen Simonyan Azərbaycan nümayəndələri ilə görüşdü - VİDEO
Təmirsiz mənzillərin satışı: Qanunda bununla bağlı cərimə nəzərdə tutulub ? – AÇIQLAMA











