Prezident ailəsini şantaj edən şəxsin ifşası – Arxasında kimlər dayanır?

Dövlət Təhlükəsizliyi Xidməti (DTX) Prezident İlham Əliyevin ailəsini hədəf alan şəxsi – Azərbaycan vətəndaşı F.S-ni ifşa edib. Hadisənin arxasında kimlərin dayandığı və motivlər hələ tam açıqlanmasa da, bu cinayət əməli cəmiyyətdə geniş rezonans doğurub. Hüquq-mühafizə orqanları araşdırmalara başlayıb və məsul şəxslərin məsuliyyətə cəlb olunacağı gözlənilir.
Avtosfer.az-ın məlumatına görə, bu barədə "Globalinfo"ya danışan deputat Elman Nəsirov deyib ki, DTX Prezident ailəsi ilə bağlı dezinformasiya, saxta məlumatlar və dipfeyk texnologiyaları vasitəsilə hazırlanmış görüntülər yayan şəxsi ifşa edib:
“Həmin şəxs saxlanılıb. İstintaq davam etdiyi üçün adı açıqlanmır, lakin məhkəmə qərarından sonra ictimaiyyətə təqdim olunacaq. Aydındır ki, saxlanılan şəxs Prezident ailəsi ilə bağlı yayılan görüntülərin yalan olduğunu etiraf edib və onların süni intellekt vasitəsilə hazırlandığını bildirib. O bu prosesdə iştirak edən digər şəxslərin də adlarını çəkib. Bu şəxslər xarici ölkələrdə özlərini bloger kimi təqdim etsələr də, əslində anti-Azərbaycan fəaliyyəti ilə məşğul olan şəxslərdir. Məlumdur ki, bu əməlin arxasında dayanan Mehman Hüseynov və onun kimilərdir”.
Elman Nəsirov
Deputatın sözlərinə görə, saxlanılan şəxs etiraf edib ki, onlar yalnız verilən tapşırıqları icra ediblər:
“Təşkilatçılar mövcuddur və bu proses onların sifarişi əsasında həyata keçirilib. Artıq parlamentdə də saxta məlumatların, o cümlədən süni intellekt vasitəsilə insanların şərəf və ləyaqətini alçaldan materialların yayılmasına qarşı qanun layihələri müzakirə olunur və hüquqi çərçivə müəyyənləşdirilir. Bu, olduqca vacibdir. Süni intellekt dövlətin inkişaf göstəricisidir, lakin ondan cinayət məqsədləri üçün istifadə edən şəxslər qanun qarşısında cavab verməlidirlər. Azərbaycan cəmiyyəti bu insanların əsl simasını görəcək. Onlar dipfeyk texnologiyaları vasitəsilə cəmiyyəti çaşdırmağa, vətəndaş həmrəyliyini pozmağa və xalqla hakimiyyət arasındakı bağlılığa xələl gətirməyə çalışırlar. Lakin bu niyyətləri reallaşmayıb. Xalq artıq hər şeyi anlayır və bu cür qüvvələrin mahiyyətini düzgün qiymətləndirir”.
Mehman Muradlı
Vəkil Mehman Muradlı isə bildirib ki, artıq bağlı hədə-qorxu ilə tələbetmə maddəsi üzrə cinayət işi başlanıb:
“İlkin məlumata görə, burada mütəşəkkil dəstə formasında fəaliyyət göstərilib və bir neçə şəxsin adı hallanır. Bu əməllər Cinayət Məcəlləsinin 182.4-cü maddəsinə uyğun qiymətləndirilə bilər. Həmin maddə üzrə 13 ildən 17 ilə qədər azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulur. Hazırda Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən istintaq-əməliyyat tədbirləri davam etdirilir”.
Naxçıvan dəmir yolunda 2029-cu ilə qədər hansı işlər görüləcək? – Ekspert AÇIQLADI
Bu yollarda sıxlıq var - SİYAHI - FOTO
Bakıda təmir işləri sürücülərə necə təsir edəcək? – Mütəxəssisdən AÇIQLAMA
Azərbaycan Ukraynaya bu sahədə dəstəyini niyə artırır? – Politoloq AÇIQLADI
Avtobus qəzalarının qarşısını necə almaq olar? – TƏKLİF
Azərbaycanda bu yaşdan sonra sürücülük vəsiqəsi verilməyəcək? - DETALLAR
DİN yeni quraşdırılan radarla bağlı açıqlama yaydı – KAMERA İMİŞ – VİDEO
Bu yollarda tıxac var - SİYAHI
ABŞ, Ermənistan və Azərbaycan Sülh Sammitinin ildönümü ilə bağlı BİRGƏ BƏYANAT YAYIB
Tramp Əliyevin İranla bağlı fikrini öyrənib
Metro əhalini XƏRCƏ saldı – Çıxış yolu...












