Prezident Aparatının 8 əməkdaşı koronavirusa yoluxdu

Qırğızıstan Prezident Aparatının 8 əməkdaşında koronavirus (COVID-19) aşkarlanıb. Bu barədə Qırğızıstan Prezidentinin mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, dövlət başçısı Sooronbay Jeenbekovun rəhbərliyi ilə Moskvaya səfər edən nümayəndə heyətinin iki üzvündə - Aparatın xarici siyasət şöbəsinin müdiri Daniyar Sadıkovda və mühafizə xidmətinin bir əməkdaşında koronavirus aşkarlandıqdan sonra Bişkekdə Prezident Aparatının bütün əməkdaşları test veriblər. Virusa yoluxan 8 əməkdaş ev şəraitində müalicə ediləcək. Aparatın digər əməkdaşları isə onlayn qaydada işləyəcəklər.
Qeyd edək ki, Qırğızıstanda son sutkada 250 nəfər virusa yoluxub və xəstələrin sayı 4204-ə çatıb. COVID-19-a yoluxanlardan 43-ü ölüb, 2162-si sağalıb, 1999 xəstənin müalicəsi davam edir. (Modern.az)
Avtobus zolaqlarına daxil olmayın, hərəkətə maneə yaratmayın! - DİN-dən ÇAĞIRIŞ - VİDEO
Bu yollarda tıxac var - SİYAHI - FOTO
Tarif Şurası benzinlə bağlı qərara hazırlaşır? - AÇIQLAMA
Tramp İranla münaqişədən DANIŞIB
Tramp BMT Baş Assambleyasının Nyu-Yorkdakı iclasında nə qazandı? – POLİTOLOQ
Tıxaclar Bakı sakinlərinə ildə 900 manat ziyan vurur - EKSPERT
Bu yollarda tıxac var - SİYAHI - FOTO - YENİLƏNİB
Bakı əhalisi tıxacda nə qədər pul itirir? - ARAŞDIRMA
Sürücülərə ŞAD XƏBƏR: Cərimə balları ilə bağlı YENİ QƏRAR gözlənilir
Üç qardaş ölkədən KİBERHƏMLƏ: Hərbi mütəxəssislər vahid komandada - VİDEO - FOTO
Sumqayıtın simvolu sayılan heykəlin son halı narazılıq yaratdı - FOTO












