Prezident: Azərbaycan mediası dövlət maraqlarını qorumağa qadirdir

Bu gün Azərbaycan mediası dövlət maraqlarını qorumağa qadirdir. Avtosfer.az xəbər verir ki, bu barədə Prezident İlham Əliyev III Şuşa Qlobal Media Forumunun iştirakçıları ilə görüşündə bildirib.
Ölkə başçısı vurğulayıb ki, Azərbaycan mediasının inkişafı onu sevindirir:
"Mediamız nəinki ölkə daxilində, hətta beynəlxalq müstəvidə böyük nüfuz qazanıb. Azərbaycana qarşı əsassız ittihamları arqumentlərlə, ciddi təhlillə, faktlar əsasında ifşa etməkdə də böyük uğur əldə edib. Mediamız lazım gəldikdə hücuma da keçir, bu da lazımdır. İdmanda bəzən deyirlər ki, ən yaxşı müdafiə hücumdur. Bu trezisə şərh vermək istməmirəm, amma fakt budur ki, Azərbaycan mediasını müxtəlif səviyyələrdə oxuyurlar, məqalələri təhlil edirlər, onların Azərbaycanın rəsmi mövqeyinə nə dərəcədə uyğun olub-olmaması ilə bağlı fərziyyələr də irəli sürülür. Bu deməyə əsas verir ki, mediamız doğrudan da böyük inkişaf yolu keçib".
Prezident İlham Əliyev vurğulayıb ki, media deyəndə ilk növbədə jurnalistləri nəzərdə tutur:
"Sözün əsl mənasında sevinirəm və uğurlar arzulayıram. Azərbaycan elə bir mərhələdədir ki, özünü müdafiəyəyə hələ də ehtiyacı var. Məncə, media ən yaxşı vasitədir. Nə qədər çox media işçilərinin əhatə dairəsi geniş olarsa, ölkə haqqında o qədər dəqiq, dolğun, ədalətli məlumatlar dünya ictimaiyyətinə çatdırıla bilər. Görüləsi işlər çoxdur, ancaq mediamız istənilən xoşagəlməz iftira kampansiyasına cavab verməyə qadirdir. Bu yeni önəmli reallıqdır".
Şəhidlərin xatirəsini yaşadan tarix - 27 Sentyabr ANIM GÜNÜ
Prezident İlham Əliyev Formula 1-dən paylaşım edib - VİDEO
Sürücülərə ŞAD XƏBƏR: Bakı yollarında "Formula-1" məhdudiyyətlərinin bitəcəyi saat AÇIQLANDI
İlham Əliyev və Mehriban Əliyeva "Formula-1" Azərbaycan Qran-prisinin əsas yarışına baxıblar - FOTO
“Formula-1” üzrə Azərbaycan Qran-prisinin qalibi bəlli olub
İlham Əliyev Beynəlxalq Avtomobil Federasiyasının prezidenti ilə GÖRÜŞÜB - FOTO
İlham Əliyevin AIIF 2026-da iştirakına dair video paylaşılıb - VİDEO
“Xəzər dənizi üzərindən bərədən istifadə etməlidirlər” - İlham Əliyev
Prezident investorlara saxta mediaya inanmamağı məsləhət görüb
"Əgər Azərbaycan vətəndaşı olsaydım mən də İlham Əliyevə səs verərdim" - VİDEO
İlham Əliyev II Azərbaycan Beynəlxalq İnvestisiya Forumunda iştirak edir - VİDEO











