Prezident: "Biz Azərbaycanda ən qabaqcıl texnologiyaları tətbiq etmək istəyirik"

"Biz Azərbaycanda ən qabaqcıl texnologiyaları tətbiq etmək istəyirik. Çünki ölkə müasirləşməlidir, intellektual baxımdan bacarıqlı olmalıdır və sənaye sahəsində güclənməlidir ki, biz neft və qaz qiymətlərindən asılı olmayaq. Bu, ölkəmizin dayanıqlı inkişafını təmin edəcək. Təbii ki, sənaye inkişafı prosesi zamanı, qeyd etdiyiniz kimi, şirkətiniz ilə Azərbaycan arasında strateji birlik çox alqışlanacaq. Müasirləşmək, irəliyə doğru getmək və inkişaf etmək üçün bizim bu cür güclü tərəfdaşa ehtiyacımız var".
Avtosfer.az xəbər verir ki, bu fikirləri Prezidenti İlham Əliyev fevralın 3-də İtaliyanın “Maire Tecnimont Group” şirkətinin sədri Fabrizio Di Amatonun başçılıq etdiyi nümayəndə heyətini videoformatda qəbul edərkən deyib.
"Mən bir daha, xüsusi olaraq, qeydlərinizdən birinə istinad etmək istəyirəm. Bu, şirkətinizdə yerli işçilərin olması ilə bağlıdır. Bu, dostluğun əsl rəmzidir və dostluğu nümayiş etdirir. Mən buna görə sizə təşəkkürümü bildirmək istəyirəm və əminliyimi ifadə edirəm ki, biz şirkətinizlə və tərəfdaşlarınızla birgə işimizi davam edəcəyik. Əminəm ki, buradakı imkanlar, İtaliyaya olan səmimi münasibətlər barədə ölkənizin iş adamları nə qədər çox bilərsə, bir o qədər çox İtaliya şirkətləri bura gələcək. Biz bunu istəyirik", dövlət başçısı bildirib.
İlham Əliyev və Mehriban Əliyeva Bişkekdə 6-cı Dünya Köçəri Oyunlarının açılış mərasimində iştirak edirlər
İctimai nəqliyyatda davranış qaydalarını pozmaq cərimə ilə nəticələnə bilər - AÇIQLAMA
Yağışlı havada maşın sürərkən bunlara diqqət edin - EKSPERT
Azərbaycan səfirliyinə qarşı təxribat; Rusiyadakı oyunları kim təşkil edib? - AÇIQLAMA
İlham Əliyev ilə Nikol Paşinyan arasında görüş başa çatdı - FOTOLAR - VİDEO - YENİLƏNİB
Heyvanların yola çıxmasının qarşısını necə almaq olar? – TƏKLİF
Bu yollarda tıxac var - FOTO
Leyla Əliyeva və Arzu Əliyeva klassik avtomobillərin yürüşü və sərgisini izləyiblər - FOTO
Hikmət Hacıyev: "Hər ailənin yaxınlarının taleyini bilmək hüququ var"
11 aylıq sınağın ilk iki həftəsi: Onlayn iş və dərs TƏKLİFİ - FOTO
Metroda sıxlıq zamanı hansı tədbirlər görüləcək? - Sentyabr ayından...










