Prezident İlham Əliyev Ramiz Mehdiyevin dərsini verdi!

Prezident Administrasiyasının sabiq rəhbəri, AMEA prezidenti Ramiz Mehdiyevin kürəkəni, eks-deputat İlham Əliyev və onun qudası Rövşən Mustafayev cəzalandırılıb. Abşeron Rayon Məhkəməsinə gətirilən qudaların hər birinə məhkəmə 15 sutka həbs cəzası kəsib.
Mətbuatdan məlum olduğu kimi, avqustun 18-də R.Mehdiyevin kürəkəni öz bağ evində qızı Fidan Əliyeva üçün toy mərasimi təşkil edib. Hazırda Bakı və Abşeron rayonları ərazisində tətbiq olunan karantin rejimi qaydalarına zidd olaraq təşkil olunan toy mərasimi ciddi rezonans doğurub. Məsələ ondadır ki, toyu təşkil edənlər və qonaqların bir çoxu cəmiyyətdə tanınmış simalar olub, bir qismi daha əvvəl, bir neçəsi isə hazırda yüksək dövlət vəzifələri tutan şəxslərdir.
Gəlinin babası, toyda iştirak edən cənab Mehdiyev uzun illər dövlətin ən yüksək postlarından birinə rəhbərlik edib, hazırda Milli Elmlər Akademiyasının prezidentidir. Belə bir şəxsin hazırda tüğyan edən pandemiyanı və onunla əlaqədar tətbiq olunan və dövlətin qəbul etdiyi karantin qaydalarını saya salmayaraq toy etməsi haqlı olaraq qəzəb və etiraz doğurub.
Çünki bu qaydalar Ramiz Mehdiyevin uzun illər yüksək vəzifə tutduğu və bu gün də ona etimad göstərən dövlət və dövlət başçısı tərəfindən qəbul olunub. Ancaq görünür, illərin təcrübəsi bəzən şəxsi mənafenin tələbləri qarşısında gücsüz qalır.
Lakin Mehdiyevdən fərqli olaraq dövlət başçısı qanunların şəxsi münasibətlərdən, maraqlardan önə çıxmasına imkan vermədi. Bu gün qudaların – onlardan biri keçmiş deputatdır - məhkəmə zalına gətirilib qandallanması Ramiz Mehdiyevə və ümumilikdə bu düşüncədə olanlara sərt mesajdır.
Heç kim dövlətin qoyduğu qanunlardan üstə keçə bilməz, ona meydan oxuya bilməz.
Cənab Mehdiyev hər zaman İlham Əliyev məktəbinin şagirdi olduğunu, ondan öyrəndiyini deməyi sevir. Görünür, yaddaş təzələməsi lazımdır. Dövlət başçısı bir daha Mehdiyevə dərs verməli oldu. Amma təkcə ona deyil, hakimiyyətdəki mövqe və imkanlarına arxayın olanların hər birinə dərs olmalıdır.
Yeri gəlmişkən, bu dərsdən cənab Novruzova da pay düşüb. Yeni Azərbaycan Partiyasının (YAP) İcra katibinin müavini Siyavuş Novruzova toyda iştirak etdiyi üçün töhmət verilib.
Oxu.az
"Brutto müqaviləsi"nin tətbiqi ictimai nəqliyyat sistemində nələri dəyişəcək? - DEPUTAT
Paytaxtın hansı küçələrində sıxlıq müşahidə olunur? - FOTO - YENİLƏNİB
Bağlanan yolların həm də ölkə iqtisadiyyatına zərəri var - EKSPERT
Sürücülərin parklanma problemi necə həll edilməlidir? - MÜTƏXƏSSİS
Bu məktəblərdə dərslər onlayn olacaq - RƏSMİ AÇIQLAMA
Paytaxtın dəyişdirilməsi Bakının problemini həll edəcəkmi? – Ekspert AÇIQLADI - VİDEO
Pəhləvan Elmin Mehdiyevin şouları: Əyləncə, yoxsa israf? - SOSİOLOQ
Azərbaycan üzərindən marşrutda sürpriz dayanacaq: Yol Çində bitmir - FOTO
İnfluenserlə bağlı yeni vergi təkmilləşdirilməsi necə olacaq? - AÇIQLAMA
Bişkek görüşündə TRIPP layihəsi ilə bağlı hansı qərarlar verilib? – POLİTOLOQ
Dəmir yolu xəttində yenidənqurma: 2028-ci ilədək nələr dəyişəcək?










