Prezidentdən sərt mesaj: “Təyyarəmizin vurulmasını unutmayacağıq – Rusiya cavab verməlidir!”

Xankəndidə “Rəqəmsal keçidlər: Süni intellekt dövründə informasiya və media dayanıqlılığının gücləndirilməsi” mövzusunda III Şuşa Qlobal Media Forumu keçirilir.
Forumda Prezident İlham Əliyev Azərbaycan təyyarəsinin 2024-cü ilin dekabr ayında Rusiya tərəfindən vurulması ilə bağlı ətraflı və sərt açıqlama verib.
Avtosfer.az xəbər verir ki, xarici jurnalistin sualına cavab verərkən dövlət başçısı hadisə ilə bağlı konkret detalların artıq Azərbaycan tərəfindən aydınlaşdırıldığını bildirib və Rusiyanın məsuliyyətli davranmadığını, hadisənin ört-basdır edilməyə çalışıldığını vurğulayıb:
“Təyyarə hava limanına artıq yaxınlaşırdı. Raket zərbəsi ilə iki dəfə vuruldu və daha sonra da qəzaya uğradı. Hekayə budur. Biz nə baş verdiyini bilirik”.
İlham Əliyevin sözlərinə görə, Rusiya hadisədən sonra hava məkanını dərhal bağlamayıb, bu addım yalnız təyyarə vurulduqdan bir neçə dəqiqə sonra atılıb. Bu da Kremlin əməliyyatı gizlətmək cəhdinin sübutudur.
“Rusiyanın hava məkanı hadisədən sonra bağlanıb. Bu da qəhrəmanlıqla öyünənlərin şəhəri necə “bağladığının” göstəricisidir. Hər şey aydındır, gün kimi”.
Prezident bildirib ki, artıq yeddi ay keçməsinə baxmayaraq, rəsmi Moskva bu məsələ ilə bağlı Azərbaycana heç bir konkret cavab verməyib:
“Baş prokurorumuz Rusiya İstintaq Komitəsinin rəhbərinə mütəmadi məktublar göndərir. Amma cavab sadəcə budur: ‘İstintaq davam edir”.
Dövlət başçısı bu vəziyyəti qəbuledilməz adlandıraraq bildirib ki, Azərbaycan bu prosesi unutmur və unutmayacaq:
“Bu o demək deyil ki, biz bunu unuduruq. Xeyr. Biz unutmuruq və unudası deyilik”.
Prezident həmçinin bəyan edib ki, Azərbaycan beynəlxalq hüquq sisteminə müraciət etməyə hazırlaşır və bu istiqamətdə artıq Rusiya tərəfinə də rəsmi məlumat verilib:
“Biz hazırda beynəlxalq məhkəməyə təqdim ediləcək hüquqi portfeli hazırlayırıq. Rusiya tərəfini də bu barədə məlumatlandırmışıq. Bilirik ki, bu proses vaxt ala bilər. Malayziya hadisəsinin ədalətinə 10 il sərf olundu. Biz də 10 il gözləməyə hazırıq. Amma ədalət bərpa olunmalıdır”.
Sonda Prezident İlham Əliyev əlavə edib ki, mövcud şərait – yəni Rusiya ilə hazırkı hava – bu məsələdə ədalətin bərqərar olmasına kömək etmir. Buna baxmayaraq, Azərbaycan geri çəkilməyəcək:
“Havanın gərgin olması da bu vəziyyətə kömək etmir. Amma biz bu məsələ ilə bağlı addımlar atırıq və Rusiyanı buna hazırlayırıq”.
Şəhidlərin xatirəsini yaşadan tarix - 27 Sentyabr ANIM GÜNÜ
Prezident İlham Əliyev Formula 1-dən paylaşım edib - VİDEO
Sürücülərə ŞAD XƏBƏR: Bakı yollarında "Formula-1" məhdudiyyətlərinin bitəcəyi saat AÇIQLANDI
İlham Əliyev və Mehriban Əliyeva "Formula-1" Azərbaycan Qran-prisinin əsas yarışına baxıblar - FOTO
“Formula-1” üzrə Azərbaycan Qran-prisinin qalibi bəlli olub
İlham Əliyev Beynəlxalq Avtomobil Federasiyasının prezidenti ilə GÖRÜŞÜB - FOTO
İlham Əliyevin AIIF 2026-da iştirakına dair video paylaşılıb - VİDEO
“Xəzər dənizi üzərindən bərədən istifadə etməlidirlər” - İlham Əliyev
Prezident investorlara saxta mediaya inanmamağı məsləhət görüb
"Əgər Azərbaycan vətəndaşı olsaydım mən də İlham Əliyevə səs verərdim" - VİDEO
İlham Əliyev II Azərbaycan Beynəlxalq İnvestisiya Forumunda iştirak edir - VİDEO












