Professor İlham Rəhimovun “Din və Cəza” kitabı Qazaxıstanda işıq üzü gördü - FOTO

Azərbaycanın Əməkdar hüquqşünası, hüquq elmləri doktoru, Rusiya Elmlər Akademiyasının akademiki, professor İlham Rəhimovun “Din və cəza” əsəri qazax dilinə tərcümə olunaraq işıq üzü görüb. Avtosfer.az-ın məlumatına görə, kitabın bir nüsxəsi müəllifin özünə göndərilib.
Qeyd edək ki, “Din və cəza” əsərində dünya dinlərində cinayət və cəza institutunun tədqiqat məsələləri işıqlandırılıb. Həmçinin müəllif dünya dinlərinin ən görkəmli nümayəndələrinin cəza probleminə olan müxtəlif yanaşma və baxışlarını da araşdıraraq əsərində əks etdirib.
Kitab tələbələr, doktorantlar, hüquq ixtisası üzrə ali məktəb müəllimləri, filosoflar, dini konfessiya nümayəndələri, eləcə də cəza problemləri ilə maraqlanan geniş oxucu auditoriyası üçün nəzərdə tutulub.
Onu da bildirək ki, professor İlham Rəhimov “Din və cəza” (2020) əsəri ilə yanaşı “Cinayətkarlıq və cəza” (2012), “Cinayət və cəzanın fəlsəfəsi” (2013), “Cəzanın əxlaqiliyi haqqında” (2016), “Ölməz ölüm cəzası” (2018) adlı kitabların müəllifidir.
Onun əsərləri indiyədək dünyanın bir çox dillərinə - rus, türk, ingilis, Çin, alman, yəhudi, italyan, qazax, bolqar, qırğız və fars dillərinə tərcümə olunub.

Minlərlə sərnişini daşıyan "manatlıq taksi"lər yığışdırıldı, əvəzinə... - VİDEO
Sürücülərin NƏZƏRİNƏ! - Bakının bu istiqamətlərində tıxac var - SİYAHI
Müharibənin mərkəzindəki İordaniy ilə viza rejimin ləğvi nəyə lazımdır? - AÇIQLAMA
ABŞ Hindistanı iqtisadi təhdidlərlə yola gətirə bildi - POLİTOLOQ
Bakı metrosunda obyektlər və dükanlar yenidən açılacaq? - RƏSMİ CAVAB
Bu yollarda tıxac var - SİYAHI - FOTO
Taksilərin avtobus zolaqlarından istifadəsi təklif edilir - “Ortaq nöqtə tapmaq olar”
Zəngəzur dəhlizi – TRIPP layihəsi üzrə işlər yekunlaşmaq üzrədir – ELMƏDDİN MURADLI - VİDEO
Avtobus zolaqlarına daxil olmayın, hərəkətə maneə yaratmayın! - DİN-dən ÇAĞIRIŞ - VİDEO
Tarif Şurası benzinlə bağlı qərara hazırlaşır? - AÇIQLAMA
Tramp İranla münaqişədən DANIŞIB












