Prokurorluq Nofəl Süleymanovun öldürülməsi ilə bağlı rəsmi məlumat yayıb

Sentyabrın 8-də, saat 12 radələrində Nofəl Süleymanlının paytaxtın Nizami rayonu ərazisində yaşadığı evdə odlu silahdan açılmış atəş nəticəsində aldığı xəsarətlər nəticəsində ölməsi barədə məlumat daxil olub. Nizami rayon prokurorluğundan Avtosfer.az-a verilən məlumata görə, daxil olmuş məlumat əsasında dərhal prokurorluq əməkdaşları tərəfindən hadisə yerinə və meyitə məhkəmə-ballistik, kriminalistik və tibbi ekspertlərin iştirakları ilə baxış keçirilmiş, hadisə yerindən müvafiq qan, giliz, silah və iş üzrə əhəmiyyət kəsb edən digər əşya və predmetlərin götürülməsi təmin edilmişdir.
Faktla bağlı Nizami rayon prokurorluğunda Cinayət Məcəlləsinin 124.1-ci (ehtiyatsızlıqdan adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.
İş üzrə məhkəmə-tibb ekspertizası təyin edilmiş, o cümlədən digər təxirəsalınmaz istintaq hərəkətləri həyata keçirilmişdir.
İlkin araşdırmalarla müəyyən edilmişdir ki, həmin gün saat 12 radələrində 2003-cü il təvəllüdlü Şövqü Süleymanlı paytaxtın Nizami rayonu ərazisində yerləşən yaşadıqları evin mətbəxində atası Nofəl Süleymanlının adına olan «Escot» markalı 12 kalibrli ov tüfəngində olan patronları boşaldarkən ehtiyyatsızlıqdan tüfəngdən açılmış atəş nəticəsində qırmalar həmin vaxt mətbəxin eyvanında olan atası Nofəl Süleymanlının kürək nahiyyəsinə dəymiş, sonuncu aldığı ağır xəsarətlərdən hadisə yerində ölmüşdür.
Hazırda iş üzrə zəruri istintaq tədbirləri həyata keçirilir.
Şəhidlərin xatirəsini yaşadan tarix - 27 Sentyabr ANIM GÜNÜ
Prezident İlham Əliyev Formula 1-dən paylaşım edib - VİDEO
Sürücülərə ŞAD XƏBƏR: Bakı yollarında "Formula-1" məhdudiyyətlərinin bitəcəyi saat AÇIQLANDI
İlham Əliyev və Mehriban Əliyeva "Formula-1" Azərbaycan Qran-prisinin əsas yarışına baxıblar - FOTO
“Formula-1” üzrə Azərbaycan Qran-prisinin qalibi bəlli olub
İlham Əliyev Beynəlxalq Avtomobil Federasiyasının prezidenti ilə GÖRÜŞÜB - FOTO
İlham Əliyevin AIIF 2026-da iştirakına dair video paylaşılıb - VİDEO
“Xəzər dənizi üzərindən bərədən istifadə etməlidirlər” - İlham Əliyev
Prezident investorlara saxta mediaya inanmamağı məsləhət görüb
"Əgər Azərbaycan vətəndaşı olsaydım mən də İlham Əliyevə səs verərdim" - VİDEO
İlham Əliyev II Azərbaycan Beynəlxalq İnvestisiya Forumunda iştirak edir - VİDEO












