Putin 10 ay sonra Azərbaycandan niyə üzr istədi? – POLİTOLOQ - FOTO

Bu gün Prezident İlham Əliyev, eləcə də digər MDB dövlətləri rəhbərləri Tacikistanın paytaxtı Düşənbədə MDB Dövlət Başçıları Şurasının növbəti iclasında iştirak etmək üçün bu şəhərə səfər ediblər. Rusiya Prezidenti Valdimr Putinlə İlham Əliyevin görüşü zamanı bir sıra məsələlər müzakirə edilib. Putin bildirib ki, AZAL təyyarəsinin qəzaya uğraması ilə bağlı bütün məmurların hərəkətlərinə Rusiya tərəfindən hüquqi qiymət verəcək.
Putin həmçinin qeyd edib ki, Rusiya bu faciəli hadisə ilə əlaqədar zərərçəkənlərə kompensasiya ödənilməsi və digər zəruri tədbirlərin həyata keçirilməsi üçün bütün lazımi addımları atacaq.
Bununla yanaşı Putin, təyyarə qəzasının Rusiya ərazisində baş verdiyi üçün üzr də istəyib. Cəmiyyəti isə Putinin gecikmiş bu üzrünün bu gün niyə gerçəkləşdiyini maraqlanır.
Putinin daha əvvəlki susqun tərzinin qarşılığında Düşənbədəki refleksləri Azərbaycan-Rusiya münasibətləri barədə hansı mesajı verir? Növbəti mərhələdə münasibətlərdə hansı yeniliklər gözlənilir?
Mövzu ilə əlaqədar politoloq Zeynal Əmrəliyev deyib ki, Putinin üzr istəməsi və ümumilikdə verdiyi açıqlamalar Azərbaycanın müsbət siyasətinin nəticəsidir:

“AZAL mövzusunda Azərbaycan Rusiyaya qarşı prinsipal mövqe sərgilədi və öz vətəndaşlarının hüquqlarının qorunması istiqamətində ardıcıl şəkildə addımlar atdı. Hansısa mənada vətəndaşlarının hüquqlarının pozulmasına imkan vermədi. İstər AZAL təyarrə qəzası, istərsə də Yekaterinburqda həmvətənlərimizə qarşı münasibətlərdə azərbaycanlıların hüquqlarının qorunması ilə bağlı məhz ölkə başçısı tərəfindən ardıcıl işlər görüldü. Bunun məntiqi davamı olaraq da biz bu gün cənab Prezident İlham Əliyevin siyasətinin uğurla nəticələndiyini və Rusiya tərəfinin ən yüksək səviyyədə, prezident tərəfindən bu gün Azərbaycandan üzr istəməsinin şahidi olduq. Eyni zamanda, Putin istintaqın şəffaf şəkildə aparılması ilə əlaqədar da əmincəsinə açıqlama verdi.
Düşünürəm ki, əgər Rusiya bu məsələlərdə öz üzərinə düşən öhdəlikləri yerinə yetirsə, Azərbaycan-Rusiya münasibətləri geniş ölçüdə yaxşılığa doğru yönələ bilər. Çünki əlaqələrin düzəlməsi hər iki ölkəyə sərf edən amildir. Çünki Rusiya hazırda müharibə şəraitində olan ölkədir. Azərbaycanla əlaqələrin möhkəmləndirilməsi onun maraqlarına tamamilə uyğundur. Əlaqələr düzəldikdən sonra yenidən ikitərəfli layihələr keçirilə bilər. Azərbaycanın iqtisadi, enerji sahələrində etibarlı tərəfdaş olduğunu elə rusiyalı mütəxəssislər də, hökumət nümayəndələri də dəfələrlə təsdiqləyiblər”.
Səfər
Alyona Əliyeva xüsusi qayğıya ehtiyacı olan uşaqlarla - FOTO - VİDEO
Vahid məktəbli forması ilə bağlı yeni qaydalar; vətəndaşlar nə düşünür? – SORĞU - VİDEO
Azərbaycan, Türkiyə və Özbəkistan hərbçilərindən GÜC NÜMAYİŞİ - VİDEO
Yoldakı çuxurlar avtomobilin daha çox hansı hissələrinə zərər vurur? - EKSPERT
Hazırda Bakıda 26 istiqamətdə tıxac var: SİYAHI - FOTO
“Avtovağzal” və “Xocasən” stansiyalarına giriş niyə pulsuz edilib? – AÇIQLAMA - VİDEO
Yol boşdur, amma tıxac var: Səbəb sürücülərdir? – VİDEO
Azərbaycanda 8 ayda sərnişin sayı bu qədər artıb – STATİSTİKA
Fərdi avtomobil sayı artır; ictimai nəqliyyat sistemi necə qurulmalıdır?
İlham Əliyev: "Ağdərə rayonunda işə başlanılıb" - VİDEO
Rusiyanın Ukrayna qatarlarını vurması nəyə hesablanıb? - AÇIQLAMA












