Qara dənizdən Xəzərə uzanacaq kanal: Dünyanın ən böyük gölü belə xilas edilə bilər

Azərbaycanın ADOG şirkəti “Zirə” beynəlxalq dəniz limanı ilə birlikdə Qara dənizdən Xəzərə su axınının təşkili layihəsini təklif edib. Avtosfer.az "Yenisabah"a istinadən xəbər verir ki, bunu Rusiya Ekologiya Cəmiyyətinin rəhbəri Rəşid İsmayılov bildirib.
Onun sözlərinə görə, Xəzərin dənizinin dayazlaşması əleyhinə olan bu layihə Azərbaycan və Rusiya və ya Gürcüstan ərazilərinin altında diametri 10 metr olan yeraltı hidravlik tunelin tikintisini nəzərdə tutur. Onun vasitəsilə hündürlük fərqinə görə (Xəzər 26,5 m aşağıdır) su bir dənizdən digərinə axacaq:
"Şirkət izah edib ki, Xəzər dənizinin dayazlaşması texnogen ekoloji fəlakət əlamətlərinə malikdir, buna görə də Xəzəryanı dövlətlər artıq Xəzərdə suyun səviyyəsinin dəyişməsinin təbii dövrünə arxalana bilməz və vəziyyətlə təkbaşına mübarizə aparmalıdırlar. Bundan əlavə, ADOG su axınından ildə təxminən 170 MVt enerji istehsal etmək üçün tuneldə bir neçə hidravlik turbin quraşdırmağı təklif edir ki, bu da layihənin özünü təmin etməsinə imkan verəcək. Gələcəkdə belə tunelin tikintisi təcrübəsindən Aral dənizi və Urmiya gölünün bərpası üçün istifadə oluna bilər".
Rəşid İsmayılov Xəzər dənizində suyun səviyyəsi üçün mübarizə üsullarına dair şərhini yekunlaşdıraraq qeyd edib ki, hüquqi baxımdan Xəzəryanı dövlətlər əməkdaşlıq üçün lazımi əsaslara malikdir:
"Xəzərin təbiətinə ümumi qayğı üçün hüquqi mexanizmlər yaradılıb - bu, Tehran Konvensiyasıdır. Yaşıl diplomatiya da bizə kömək edə bilər. Biz başa düşməliyik ki, ekologiyanın heç bir sərhədi yoxdur. Xəzər dənizinin dayazlaşması Xəzəryanı dövlətlər üçün ümumi problemdir və bu, artıq bu gün bütün beş ölkəyə və eyni zamanda onların transxəzər marşrutları ilə yük daşıyan tərəfdaşlarına mənfi təsir göstərir. Bu problemin həlli zərurəti Xəzəryanı dövlətlər arasında sabit əməkdaşlığın və güclü tərəfdaşlığın qorunmasının əsaslarından biridir - əks halda Xəzəri xilas etmək olmaz".
Sürücülərin DİQQƏTİNƏ! - Bu yollar AÇILDI
Zəngilanda Anım Günü ilə bağlı tədbir keçirilib - FOTO - VİDEO
Şəhidlərin xatirəsini yaşadan tarix - 27 Sentyabr ANIM GÜNÜ
Prezident İlham Əliyev Formula 1-dən paylaşım edib - VİDEO
Sürücülərə ŞAD XƏBƏR: Bakı yollarında "Formula-1" məhdudiyyətlərinin bitəcəyi saat AÇIQLANDI
İlham Əliyev və Mehriban Əliyeva "Formula-1" Azərbaycan Qran-prisinin əsas yarışına baxıblar - FOTO
“Formula-1” üzrə Azərbaycan Qran-prisinin qalibi bəlli olub
İlham Əliyev Beynəlxalq Avtomobil Federasiyasının prezidenti ilə GÖRÜŞÜB - FOTO
İlham Əliyevin AIIF 2026-da iştirakına dair video paylaşılıb - VİDEO
“Xəzər dənizi üzərindən bərədən istifadə etməlidirlər” - İlham Əliyev
Prezident investorlara saxta mediaya inanmamağı məsləhət görüb












