Qarabağ plakatlı maşınlar Nyu-Yorkda dövrə vurub - FOTO + VİDEO

Üzərində Qarabağ həqiqətlərini əks etdirən rəqəmsal plakatların olduğu xüsusi maşınlar gün ərzində ABŞ-ın Nyu-York şəhərinin mərkəzi küçələrini, meydanları dolaşaraq, sakinləri Ermənistanın işğalçılıq siyasəti barədə məlumatlandırıblar. Rəqəmsal plakatlarda Azərbaycan ərazisinin 20%-nin işğal olunduğu, 1 milyonadək soydaşımızın qaçqın və məcburi köçkünə çevrildiyi, işğal altında olan ərazilərimizdə Azərbaycan mədəniyyətinə qarşı soyqırımı həyata keçirildiyi, ermənilərin işğalçılıq siyasətinin hələ də davam etdirdiyi, barədə məlumat verilib.
Rəqəmsal plakatların olduğu xüsusi maşınlar “Times” meydanında dayanıb. Avtomobillər Ermənistanın Nyu-Yorkdakı səfirlik binasının və BMT-nın baş qərargahı binasının önündən də keçib. Maşınlar gecə saatlarına qədər Nyu-Yorkda dövrə vuracaqlar.
Bu fəaliyyət ABŞ-ın yerli mediasının, blogerlərinin və fotoqraflarının diqqətini cəlb edib. (“Report”)








Bu yollarda tıxac var - SİYAHI - FOTO
Sürücülərin DİQQƏTİNƏ! - Bu yollar AÇILDI
Zəngilanda Anım Günü ilə bağlı tədbir keçirilib - FOTO - VİDEO
Şəhidlərin xatirəsini yaşadan tarix - 27 Sentyabr ANIM GÜNÜ
Prezident İlham Əliyev Formula 1-dən paylaşım edib - VİDEO
Sürücülərə ŞAD XƏBƏR: Bakı yollarında "Formula-1" məhdudiyyətlərinin bitəcəyi saat AÇIQLANDI
İlham Əliyev və Mehriban Əliyeva "Formula-1" Azərbaycan Qran-prisinin əsas yarışına baxıblar - FOTO
“Formula-1” üzrə Azərbaycan Qran-prisinin qalibi bəlli olub
İlham Əliyev Beynəlxalq Avtomobil Federasiyasının prezidenti ilə GÖRÜŞÜB - FOTO
İlham Əliyevin AIIF 2026-da iştirakına dair video paylaşılıb - VİDEO
“Xəzər dənizi üzərindən bərədən istifadə etməlidirlər” - İlham Əliyev












