Erməniləri necə susduraq? – “Ordumuz Şuşanın kəndlərinə və Xankəndinə daxil olmalıdır”

Qarabağdakı qanunsuz erməni silahlı birləşmələri Şuşa şəhəri ətrafında atəşkəsi növbəti dəfə pozub. Azərbaycan Müdafiə Nazirliyinin yaydığı məlumata görə, Rusiya sülhməramlılarının müvəqqəti yerləşdirildiyi Azərbaycan ərazisində, qanunsuz erməni silahlı dəstələri tərəfindən iyulun 13-də saat 21:34-də və saat 21:45-də Şuşa şəhəri ətrafındakı Azərbaycan Ordusunun mövqeləri pulemyot və avtomatlardan atəşə tutulub. Bildirilib ki, bölmələrimizin şəxsi heyəti arasında həlak olan və yaralanan yoxdur.
Qeyd edək ki, iyulun 6-da erməni silahlıları Ağdam rayonunu atəşə tutmuşdular. Həmin gərginlik zamanı Azərbaycan Ordusunun baş giziri Dadaşov Sakit Əhliman oğlu yaralanmışdı. Vətən Müharibəsini sonlandıran 10 noyabr üçtərəfli bəyanatına əsasən qanunsuz erməni silahlı birləşmələri Qarabağdan çıxarılmalı, Rusiya sülhməramlıları bölgədə sabitliyi təmin etmək üçün regiona yerləşdirilməli və azərbaycanlı qaçqınlar sülhməramlıların məsuliyyət zonasındakı ərazilərinə köçürülməli idi. Rusiya sülhməramlıları bölgəyə yerləşsə də, hələ ki, nə silahlı birləşmələr Qarabağı tərk edib, nə də qaçqınlar Xankəndinə və Xocalıya köçürülüblər.
Bəs, Qarabağdakı qanunsuz silahlı birləşmələr atəşkəsi hansı qüvvələrin diqtəsi ilə pozur və məqsədləri nədir?
“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, siyasi analitik Elxan Şahinoğlu Missiya.Az-a açıqlamasında bildirib ki, Azərbaycan Qarabağda yenidənqurma işləri həyata keçirdiyi və Şuşaya səfərlər təşkil ediyi üçün vəziyyət məqsədli şəkildə gərginləşdirilir.
Sitat: “Qarabağdakı əli silahlı erməni separatçıları Ağdama doğru atəş açanda, bizə, “yenidənqurma işlərinizə mane olacağıq” demək istədilər. İndi isə xarici ölkə səfirlərinin Şuşaya səfərinə, pulemyot və avtomatlardan atəş açmaqla “cavab” verdilər” – sitatın sonu.

Politoloq erməni separatçılarının sağa-sola atəş açmalarının Qarabağdakı Rusiya hərbçilərini narahat etmədiyini deyib.
Sitat: “Ruslar özləri şərait yaradırlar və Moskva Bakının izahat tələblərini qulaqardına vurur. Burası aydındır. Biz bu vəziyyətdə nə etməliyik? Əsas sual budur. Müharibədə qələbə çalmışıq, ancaq bu təxribatların davamı göstərir ki, narahetedici məqamlar hələ qalıb” – sitatın sonu.
Elxan Şahinoğlu Qarabağdakı münaqişəli vəziyyətin tam sonlanması üçün çıxış yollarını da açıqlayıb. Onun sözlərinə görə, Azərbaycan hərbçiləri ilkin mərhələdə Şuşanın kəndlərinə və Xocalıya daxil olmalıdır.
Sitat: “Sonrakı mərhələlərdə Qarabağdakı erməni separatçıları tərksilah olunmalı, Qarabağın tamamı Azərbaycan Konstitusiyasına və qanunlarına tabe olunmalı, Laçın dəhlizi başda olmaqla Ermənistanla sərhəd tam nəzarət altına alınmalıdır” – sitatın sonu.
11 aylıq sınağın ilk iki həftəsi: Onlayn iş və dərs TƏKLİFİ - FOTO
Metroda sıxlıq zamanı hansı tədbirlər görüləcək? - Sentyabr ayından...
Azərbaycanlıların da olduğu gəmiyə dron hücumu - VİDEO
Sumqayıtın mərkəzi küçəsində vəziyyət; yolda çuxurlar var, amma xətləmə işi görülüb - FOTO
Akkumulyatoru tədricən dağıdan avqust istisi
Moskva səfirliyimiz qarşısındakı təxribata niyə göz yumuldu? – Politoloq AÇIQLADI
Bakıda “klyokların rəqsi” - VİDEO
Qarpızı barmaqla deşmək trendə çevrildi – “Güc nümayişi”, yoxsa nemət israfı? – VİDEO
"Təcili beh tələsinə düşməyin!" - DİN-dən tələbələrə ÇAĞIRIŞ
İşə maşınla gedənlərin NƏZƏRİNƏ!
Sumqayıtın ən təhlükəli yolu – Bu küçədə sürət limitinə əməl edilmir - VİDEO










