Qarabağda gözəgörünməz təhlükə ilə bağlı XƏBƏRDARLIQ EDİLDİ

“İşğaldan azad olunan bütün ərazilərdə “gözəgörünməz ölüm” təhlükəsinin təmizlənməsi işi sürətlə davam edir”.
Bu sözləri Avtosfer.az-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin KİV və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis mayoru Elşad Hacıyev deyib.
Onun sözlərinə görə, əraziyə kütləvi axının təmin olunması orda gedən işlərə mane ola bilər:
“Müharibə qalıqları - mina, döyüş silah-sursatları işğalçıların mənfur niyətini əks etdirir. İşğaldan azad olunan bütün ərazilərdə “gözəgörünməz ölüm” təhlükəsinin təmizlənməsi işi sürətlə davam edir. Ərazilər təmizləndikcə istifadəyə təqdim olunur. İndi həssas dövrdür, hər kəs bu yerləri görmək arzusundadır. Bu anlaşılandır. Ancaq əraziyə kütləvi axının təmin olunması orda gedən işlərə mane ola bilər.
Nəzərə alsaq ki, ərazidə daxil olan bir şəxs minadan təmizlənən ərazidən kənara çıxması təhlükə riskini artırır. Bu risklər faciə ilə nəticələnə bilər. Ona görə, əsas diqqət bu gün ona yönəlib ki, maariflənmə işi ilə yanaşı, həmin rayonlara yaşamağa qayıdacaq vətəndaşlar üçün tam təhlükəsiz mühit yaradılsın. Əgər işlərin miqyasına baxsaq, bütün dövlət qurumları istiqamətlər üzrə fəaliyyətə cəlb edilib”.
Avropada yollarda sürət limiti dəyişə bilər: Maksimum 100 km/saat…
Azərbaycan haqqında “hökm” əvvəlcədən verilib?
"Azərbaycan əsgəri saxlanılarkən müqavimət göstərməyib" - Paşinyan
Bu yollarda tıxac var - SİYAHI
Dəyişən iş qrafiki tıxacları azalda bilmədi - Yeni TƏKLİF GÜNDƏMDƏ
Saxta iş elanı paylaşanları hansı cəza gözləyir? - HÜQUQŞÜNAS
Bakalavr və magistrların ödənişsiz təhsilə keçid prosesi necə həyata keçirilir? - AÇIQLAMA
Yol kənarlarını hansısa əşya ilə zəbt edərək özünə parkinq saxlayanları nə gözləyir? – ƏRŞAD HÜSEYNOV
Bu halda texniki baxış mütləqdirmi? – Sürücülərə mühüm AÇIQLAMA
Heyvanlara qarşı zorakılığın cəzası artırılacaqmı? – AÇIQLAMA
Bakıda mikromobillik üçün vahid şəbəkə nə vaxt yaradılacaq? – AÇIQLAMA











