Qaradağda qapalı məkanda çay evi aşkarlandı - FOTO

Qaradağ rayonu ərazisində xüsusi karantin rejimi qaydalarına zidd olaraq qapalı məkanda müştərilərə qəlyan təklif edən çay evi aşkar edilib. Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən Avtosfer.az-a verilən məlumata görə, Qaradağ Rayon Polis İdarəsinin İctimai Təhlükəsizlik Şöbəsi və 10-cu Polis Bölməsi əməkdaşları tərəfindən Lökbatan qəsəbəsində keçirilən tədbir zamanı “Park kafe” çay evində müştərilərə qapalı məkanda xidmət göstərildiyi və qəlyan verildiyi məlum olub.
Obyektə baxış zamanı oranın sahibi və daha 13 nəfər müştəri xüsusi karantin qaydalarını pozduqları üçün saxlanılaraq Polis Bölməsinə gətiriliblər.
Xüsusi karantin qaydalarını pozan obyekt sahibi və müştərilən barəsində İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi ilə inzibati protokol tərtib edilib və onlar məsuliyyətə cəlb ediliblər.




Sürücülərin DİQQƏTİNƏ! - Bu yollar AÇILDI
Zəngilanda Anım Günü ilə bağlı tədbir keçirilib - FOTO - VİDEO
Şəhidlərin xatirəsini yaşadan tarix - 27 Sentyabr ANIM GÜNÜ
Prezident İlham Əliyev Formula 1-dən paylaşım edib - VİDEO
Sürücülərə ŞAD XƏBƏR: Bakı yollarında "Formula-1" məhdudiyyətlərinin bitəcəyi saat AÇIQLANDI
İlham Əliyev və Mehriban Əliyeva "Formula-1" Azərbaycan Qran-prisinin əsas yarışına baxıblar - FOTO
“Formula-1” üzrə Azərbaycan Qran-prisinin qalibi bəlli olub
İlham Əliyev Beynəlxalq Avtomobil Federasiyasının prezidenti ilə GÖRÜŞÜB - FOTO
İlham Əliyevin AIIF 2026-da iştirakına dair video paylaşılıb - VİDEO
“Xəzər dənizi üzərindən bərədən istifadə etməlidirlər” - İlham Əliyev
Prezident investorlara saxta mediaya inanmamağı məsləhət görüb











