Qardaşını öldürüb cəsədini 12 gün döşəmənin altında gizlətdi

Rusiyanın Bryansk vilayətində dəhşətli cinayət hadisəsi baş verib.
“RİA Novosti”nin məlumatına görə, 28 yaşlı şəxs böyük qardaşını öldürərək, cəsədini 12 gün ərzində döşəmənin altında gizlədib. Hadisə vilayətin Raditsa-Krılova qəsəbəsində qeydə alınıb.
İki qardaş arasında münasibətlər heç də yaxşı olmayıb. Belə ki, mərhum vaxtilə kiçik qardaşına hücum etdiyi üçün məhkum olunub. Yanvarın 19-da tərəflər arasında növbəti mübahisə zamanı qardaşlardan biri digərinin başına ağır çəkiclə iki zərbə vurub. Alınan xəsarətdən böyük qardaş yerindəcə vəfat edib.
Tezliklə mərhumun övladları atalarını axtarmağa başlayıblar. 12 gün davam edən axtarışlardan sonra onlar əmilərindən şübhələnib və onun evinə gəliblər. Əmiləri isə polisə zəng edərək döyüldüyünü bildirib. Hadisə yerinə gələn polislər cəsədi döşəmənin altından tapıb çıxarıblar.
Bakıda AQEM-in 7-ci Zirvə Toplantısı keçirilir - FOTOLAR - YENİLƏNİB
Bakıda keçiriləcək sammitdə hansı məsələlər müzakirə olunacaq? – POLİTOLOQ
Bakı Funikulyoru ictimai nəqliyyat sisteminə qoşulsun – Ekpertdən TƏKLİF
150 manat cərimə oluna bilərsiniz - Sürücülərin diqqətinə!
Türkiyədə “ərəbləşmə” və “mollalaşma” müzakirələri – Azərbaycan məsələsi niyə gündəmdədir?
İlham Əliyevin ilk dəfə Prezident seçilməsindən 23 il ötür - VİDEO
Bu yollarda tıxac var - SİYAHI
İlham Əliyevin adından AQEM iştirakçılarının şərəfinə şam yeməyi verilib - FOTO
İlham Əliyev Tacikistan Prezidenti ilə görüşüb
Azərbaycanda cinsi əlaqə yaşı ilə bağlı qanunda dəyişikliyə ehtiyac var? - RƏY
İlham Əliyev Şavkat Mirziyoyevlə görüşüb - FOTO












