Qars-Gümrü xətti yeni qapı ola bilər

İrəvan Ermənistan-Türkiyə münasibətlərinin müsbət dinamikasından məmnundur, lakin bu istiqamətdə daha çox iş görülə biləcəyinə inanır.
Avtosfer.az “Yenisabah.az”a istinadla xəbər verir ki, bunu Ermənistan xarici işlər nazirinin müavini Vahan Kostanyan bildirib.
O, mövqeyini Ermənistanın baş naziri Nikol Paşinyanla Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın Nyu-Yorkda keçirdiyi görüş diktə edib.
Kostanyan liderlərinn görüşünü çox müsbət addım kimi qiymətləndirib və qeyd edib ki, hər iki ölkə liderləri bir-birinin mövqelərini başa düşməyə hazırdırlar.
Xarici işlər nazirinin müavini 2022-ci ilin iyulunda Vyanada üçüncü ölkə vətəndaşları və diplomatik pasport sahibləri üçün sərhədin açılmasına dair razılaşmanı xatırladıb:
“Bir daha təsdiq etdik ki, Ermənistan tərəfi buna hazırdır. Biz bütün lazımi infrastruktur və texniki hazırlıqları tamamladıq və sazişin icrasına başlamağa hazırıq”.
Nazir müavini gələcək əməkdaşlıq, xüsusən də Gümrü-Qars dəmir yolu əlaqəsinin bərpası ilə bağlı nikbin olduğunu bildirib. Onun fikrincə, bu, təkcə Ermənistan və Türkiyəyə deyil, bütün regiona iqtisadi fayda gətirəcək:
“Bilirik ki, hazırda bir çox tədarük zəncirləri bağlanıb və ya düzgün işləmir və Qars-Gümrü dəmir yolu Ermənistan üçün Avropaya, Türkiyə üçün Mərkəzi Asiyaya və Çinə açılan yeni qapı ola bilər”.
O, erməni tərəfinin müxtəlif türk tərəfdaşlarına çatdırmağa çalışdığı mesajı təkrarlayıb:
“Hərəkət etmək vaxtı çatıb. Biz vaxt itirməməliyik”.
Bakıda maşın sürmək lüksə çevriləcək? – “Tıxac vergisi” ilə bağlı AÇIQLAMA
Azərbaycanın dəmir yolu ilə yük ixracındakı artımın səbəbləri nələrdir? - DEPUTAT - FOTO
Rusiyada Azərbaycan diasporunun rəhbəri saxlanılıb - VİDEO
Bu yollarda tıxac var - SİYAHI - FOTO - YENİLƏNİB
Bakıda gedişhaqqında dəyişiklik: 1 saat ərzində limitsiz nəqliyyat
Bakıdan İstanbula birbaşa qatar – Bu texnologiya artıq Azərbaycandadır - FOTO
Metroda məhdudiyyət fonunda yeni tədris ili: Universitetlər dərs qrafikini dəyişəcəkmi?
İsrailin Suriyadakı aviabazanı bombaladı; ABŞ administrasiyası hərəkətə keçdi - POLİTOLOQ
Paytaxtın bəzi küçələrində sıxlıq müşahidə olunur - FOTO - YENİLƏNİB
ABŞ - Azərbaycan münasibətləri region üçün nələr vəd edir? - POLİTOLOQ
Vətəndaş müştərisi olduğu bankın bankomatından pul çıxaranda komissiya tutulur - EKSPERT










