Qayda pozmaqda bir-birləriylə yarışan avtomobillər kameraya düşdü

Bir-birindən geri qalmayaraq qayda pozan sürücülər piyadalar üçün təhlükə yaratdı.
Avtosfer.az xəbər verir ki, kütləvi qayda pozuntusu Biləcəri qəsəbəsinin Əhməd Qasımov küçəsində qeydə alınıb. Həvəskarın kamerasına tuş gələn görüntüdən də məlum olduğu kimi piyada səkisində parklanmış 6 nəqliyyat vasitəsi - “BMW” markalı, 10-KR-030 dövlət nömrə nişanlı avtomobil, “VAZ 2111”markalı, 99-RK-892 dövlət nömrə nişanlı avtomobil, “Mercedes-Benz” markalı, 10-ZV-746 dövlət nömrə nişanlı avtomobil, “Niva” markalı, dövlət nömrə nişanı olmayan avtomobil, “Toyota Prius” markalı, 10-LM-717 dövlət nömrə nişanlı avtomobil və “VAZ 2107” markalı, 10-OC-782 dövlət nömrə nişanlı avtomobil dayanma-durma qaydalarına əməl etməyib. Belə ki, avtomobillərini tam şəkildə səkidə saxlayan sürücülər piyadaların hərəkətini məhdudlaşdırıb. Nəticədə onlar həmin əraziyə çatdıqları zaman avtomobil yoluyla getməyə məcbur qalıblar. Qayda pozuntusuna yol verən avtomobil sürücülərinə qeyd edək ki, İnzibati Xətalar Məcəlləsinin 346.1 maddəsinə əsasən, 20 manat cərimə ödəməlidirlər.
Nərmin
Dövlət və özəl sektorda iş saatları dəyişdirilə bilər? – Deputatdan TƏKLİF
Bakıda AQEM-in 7-ci Zirvə Toplantısı keçirilir - FOTOLAR - YENİLƏNİB
Bakıda keçiriləcək sammitdə hansı məsələlər müzakirə olunacaq? – POLİTOLOQ
Bakı Funikulyoru ictimai nəqliyyat sisteminə qoşulsun – Ekpertdən TƏKLİF
150 manat cərimə oluna bilərsiniz - Sürücülərin diqqətinə!
Türkiyədə “ərəbləşmə” və “mollalaşma” müzakirələri – Azərbaycan məsələsi niyə gündəmdədir?
İlham Əliyevin ilk dəfə Prezident seçilməsindən 23 il ötür - VİDEO
Bu yollarda tıxac var - SİYAHI
İlham Əliyevin adından AQEM iştirakçılarının şərəfinə şam yeməyi verilib - FOTO
İlham Əliyev Tacikistan Prezidenti ilə görüşüb
Azərbaycanda cinsi əlaqə yaşı ilə bağlı qanunda dəyişikliyə ehtiyac var? - RƏY












