Qazaxıstan 16 min kilometrdən çox dəmir yolu tikəcək və modernləşdirəcək

Coğrafi mövqeyinə görə Qazaxıstan Avrasiya nəqliyyat-logistika şəbəkəsinin mərkəzi halqası kimi Şərqlə Qərb, Şimal ilə Cənub arasında sabit əlaqəni təmin etməyə qadirdir. Avtosfer.az "AZƏRTAC"a istinadla xəbər verir ki, bu barədə Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Düşənbədə keçirilən ikinci “Mərkəzi Asiya-Rusiya” Sammitində çıxışı zamanı bildirib. Onun sözlərinə görə, Qazaxıstan ərazisindən 11 beynəlxalq nəqliyyat dəhlizi, o cümlədən beş dəmir yolu və altı avtomobil dəhlizi keçir, onların üzərindən Asiya ilə Avropa arasında quru yük daşımalarının təxminən 85 faizi həyata keçirilir. “Son 15 ildə hərtərəfli modernləşdirmə məqsədilə sənayeyə 35 milyard dollardan çox sərmayə qoyulub”, - deyə o bildirib. Dövlət başçısı məlumat verib ki, Qazaxıstan hökuməti qarşısında regionda və ümumilikdə bütün Avrasiya məkanında müasir, təhlükəsiz və dayanıqlı nəqliyyat-logistika infrastrukturunun inkişafı məqsədilə fəal işin davam etdirilməsi vəzifəsi durur. “2030-cu ilə qədər 11 min kilometr dəmir yolunun təmir edilməsi və 5 min kilometrdən çox yeni yolların tikilməsi planlaşdırılır”, - deyə Qazaxıstan Prezidenti qeyd edib.
Yeni qərardan sonra benzin və dizel mühərrikli maşınların aqibəti necə olacaq? – EKSPERT - VİDEO
İnternet sürəti vəd ediləndən aşağıdır: Abonentlərin hansı hüquqları var? – AÇIQLAMA
Çin avtomobillərinin artması ehtiyat hissələrinin qiymətinə necə təsir edəcək? – AÇIQLAMA
Azərbaycanda benzin və dizellə işləyən maşınlarla bağlı QƏRAR VERİLDİ
Daha bir ölkədə Ebola aşkarlandı
Yağış sularının idarə olunmasında əsas problem nədir? – AÇIQLAMA
Bakının bu küçələrində hərəkət məhdudlaşdırıldı: Yeni qaydalar necə olacaq? – VİDEO
Bakının bu küçələrində tıxac var - SİYAHI
Rəcəb Tayyib Ərdoğan İlham Əliyevə zəng edib
Əhalinin kredit borclarının artması risklidir, yoxsa zəruri? - AÇIQLAMA
Bakıda kütləvi tədbirlər zamanı ictimai nəqliyyat necə təşkil olunmalıdır? – EKSPERT












