Qazaxıstan MDB-nin rəqəmsal nəqliyyat xəritəsi təşəbbüsünü irəli sürüb

“Şimal-Cənub” dəhlizi MDB ölkələrinə Fars körfəzi və Cənubi Asiya bazarlarına birbaşa çıxışı təmin edir. Eyni zamanda, “Şərq-Qərb” və Trans-Xəzər marşrutları Çinin “Bir kəmər, bir yol” təşəbbüsü ilə birlikdə MDB-ni unikal Avrasiya quru körpüsünə çevirir. Avtosfer.az "AZƏRTAC"a istinadla xəbər verir ki, bu sözləri Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev MDB Dövlət Başçıları Şurasının Düşənbədə keçirilən iclasında çıxışı zamanı deyib.
O qeyd edib:
“Qazaxıstanda bu yaxınlarda istifadəyə verilmiş və Trans-Qazaxıstan Dəmir Yolu Dəhlizinin başlanğıcını qeyd edən Dostık-Moyıntı dəmir yolu xətti regionumuzun tranzit imkanlarını artırmaq üçün nəzərdə tutulub. Bununla belə, bütün ölkələrimizin nəqliyyat potensialını tam şəkildə açmaq üçün qarşımızda müasir infrastrukturun yaradılması vəzifəsi durur. Mən Birliyin vahid rəqəmsal nəqliyyat və logistika xəritəsinin hazırlanması imkanlarının nəzərdən keçirilməsini təklif edirəm. Bu, milli infrastruktur planlarının unifikasiyasına və nəqliyyat əlaqəsi üçün ardıcıl məkanın yaradılmasına imkan verəcək, bununla da əhəmiyyətli investisiyaların cəlb edilməsinə yol açacaq”.
Prezident Tokayev bildirib ki, Qazaxıstanın təşəbbüsü ilə MDB ölkələrindən keçən əsas nəqliyyat arteriyalarının birləşdirilməsi konsepsiyası üzərində işlər başa çatmaq üzrədir.
O vurğulayıb: “Yük axınlarını effektiv idarə etmək, xərcləri azaltmaq və riskləri minimuma endirmək üçün bu sənədə süni intellekt texnologiyalarının tətbiqini nəzərdə tutan müddəalar əlavə edilməlidir”.
İslamda erkən nikahlar məsələsinə necə yanaşılır? - RƏY
Avtomatik maşınla yoxuş aşağı düşərkən bu səhvi etməyin – XƏBƏRDARLIQ
Məktəblərdə vahid geyim formasının tətbiqi niyə vacibdir? - RƏY
Azərbaycanda iqtisadi artım proqnozlarının aşağı olması hansı sahələrə mənfi təsir göstərəcək? - İQTİSADÇI
“Azərbaycançılıq İnstitu”nun yaradılması təklif edilir; hansı istiqamətdə fəaliyyət göstərəcək? - AÇIQLAMA
Təcili xidmətlər vahid nömrədə birləşdirilsə, operativlik artacaq – DEPUTAT
YAP-dan türkiyəli siyasətçilərin açıqlamalarına CAVAB
Vahid məktəbli forması ilə bağlı ibrətamiz TARİXİ NÜMUNƏ – AÇIQLAMA
Dünyada ən çox avtomobil istehsal edən ölkələr açıqlandı – SİYAHI
“Sea Breeze”dən “28 May”a, Bibiheybətdən “Əhmədli”yə – Bakıda tramvay planı
Magistral yollarda geriyə dönmə imkanları artırılmalıdır – TƏKLİF












