Qazaxıstan və Çin Orta Dəhlizin inkişafına töhfə verməyə razılaşıblar

"Qazaxıstan Dəmir Yolları" SC (KTJ) və "Çin Dəmir Yolları" Dövlət Korporasiyası (ÇDY) Hərtərəfli Strateji Əməkdaşlıq haqqında Saziş imzalayıblar.
Avtosfer.az-ın "Report"a istinadən verdiyi məlumata görə, sənəd " Qazaxıstan Dəmir Yolları"nın İdarə Heyətinin sədri Talqat Aldıbergenov ilə "Çin Dəmir Yolları" Direktorlar Şurasının sədri Qo Çjusyue arasında rəsmi görüş zamanı imzalanıb.
Tərəflər beynəlxalq Avrasiya marşrutlarının, o cümlədən Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutunun (TBNM, Orta Dəhliz) inkişafına, infrastruktur əlaqələrinin yaxşılaşdırılmasına, həmçinin birgə investisiya layihələrinin - dəmir yollarının, logistika obyektlərinin və multimodal terminalların modernizasiyası və tikintisinin həyata keçirilməsinə töhfə verməyə razılaşıblar.
"Xüsusi diqqət konteyner daşımalarının genişləndirilməsinə və beynəlxalq dəmir yolu əlaqələrində müasir rəqəmsal həllərin tətbiqinə yönəldilib", - məlumatda qeyd olunub.
Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu Qazaxıstan, Xəzər dənizi akvatoriyası, Azərbaycan, Gürcüstan və Türkiyə vasitəsilə Çin və Avropa ölkələrini birləşdirir.
Xatırladaq ki, 2024-cü ildə TBNM ilə yükdaşımaların həcmi 62 % artaraq 4,5 milyon tona çatıb. 2025-ci ildə onun 5,2 milyon tona qədər artacağı gözlənilir ki, bunun da 4,2 milyon tonu marşrutda iştirak edən ölkələrdən keçəcək. Bu həcmin 2,5 milyon tonu quru yük (96 min TEU ekvivalenti), 1,7 milyon tonu isə neft olacaq.
Marşrutun ötürücülük qabiliyyəti 2027-ci ilə qədər ildə 10 milyon tona çata bilər ki, bu da Azərbaycanın tranzit potensialının genişləndirilməsi və infrastruktura əlavə investisiyaların cəlb edilməsi üçün davamlı zəmin yaradacaq.
Sürücülərin DİQQƏTİNƏ! - Bu yollar AÇILDI
Zəngilanda Anım Günü ilə bağlı tədbir keçirilib - FOTO - VİDEO
Şəhidlərin xatirəsini yaşadan tarix - 27 Sentyabr ANIM GÜNÜ
Prezident İlham Əliyev Formula 1-dən paylaşım edib - VİDEO
Sürücülərə ŞAD XƏBƏR: Bakı yollarında "Formula-1" məhdudiyyətlərinin bitəcəyi saat AÇIQLANDI
İlham Əliyev və Mehriban Əliyeva "Formula-1" Azərbaycan Qran-prisinin əsas yarışına baxıblar - FOTO
“Formula-1” üzrə Azərbaycan Qran-prisinin qalibi bəlli olub
İlham Əliyev Beynəlxalq Avtomobil Federasiyasının prezidenti ilə GÖRÜŞÜB - FOTO
İlham Əliyevin AIIF 2026-da iştirakına dair video paylaşılıb - VİDEO
“Xəzər dənizi üzərindən bərədən istifadə etməlidirlər” - İlham Əliyev
Prezident investorlara saxta mediaya inanmamağı məsləhət görüb












