Qazaxıstandan daha 73 nəfər gəmi ilə ölkəmizə yola salındı

Xaricdə olan Azərbaycan vətəndaşlarının ölkəyə gətirilməsi istiqamətində tədbirlər davam etdirilir. Azərbaycan hökuməti koronavirus (COVID-19) infeksiyasının yayılma təhlükəsi səbəbindən sərhədlərin bağlanmasına görə müvəqqəti olaraq (xidməti və şəxsi səfərlər ilə əlaqədar) Qazaxıstanda qalan daha 73 vətəndaş ölkəmizə yola salınıb.
Azərbaycanın Aktaudakı baş konsulluğundan verilən məlumata əsasən “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin “Həsən Əliyev” (3 nəfər), “Merkuri” (34) və “Professor Gül” (36 nəfər) bərə gəmiləri ilə yola salınan vətəndaşların hamısı COVID-19 infeksiyası ilə bağlı testdən keçiblər.
Qeyd edək ki, bu günə qədər baş konsulluq vasitəsilə Aktau limanından ümumilikdə gəmi ilə 389 nəfər artıq vətənə göndərilib.
Baş konsulluqda Azərbaycana təxliyəni gözləyən vətəndaşların qeydiyyat prosesi davam etdirilir.
Azərbaycanlıların Ermənistanda keçirdiyi görüşün detalları AÇIQLANDI - VİDEO
Nigar "400 mini haradan tapıb maşın alır" sualına belə cavab verdi
Ramiz Mehdiyev var-dövləti haqqında danışdı
Biləcəridə bu küçə də yararsız vəziyyətdədir - Qurumdan REAKSİYA YOXDUR - VİDEO
Simonyan niyə Bakıya deyil, Gəncəyə gəlir? – AÇIQLAMA
Boşanan ata övladının illik 5-10 min təhsil haqqını ödəməyə borcludurmu? - AÇIQLAMA
Azərbaycanın nəqliyyat sistemində hansı texnologiyalar yenilənməlidir? – EKSPERT
Zəngəzur dəhlizində yeni mərhələ: Azərbaycan qurur, Ermənistan isə... - VİDEO
İki məktəbin meydançası baxımsız vəziyyətdədir – Şagirdlər harada idman etsin? - FOTO
Alen Simonyan Azərbaycan nümayəndələri ilə görüşdü - VİDEO
Təmirsiz mənzillərin satışı: Qanunda bununla bağlı cərimə nəzərdə tutulub ? – AÇIQLAMA












