Qazın tarifi ilə bağlı mühüm xəbər - Bu tarixdən ...

Milli Məclisin “Qaz Təchizatı Haqqında” yeni qanun layihəsi cəmiyyətdə geniş müzakirələrə səbəb olub. Layihəyə əsasən, qaz istehlakından asılı olmayaraq, hər bir istehlakçıya müəyyən edilən aylıq ödəniş “sabit tarif” olaraq qəbul ediləcək. Bildirilir ki, bu, qaz istehlakından asılı olmayan sabit xərclərin qarşılanması məqsədini güdür. Lakin qeyd edilən istiqamətdə bəzi məqamlar hələ də aydın deyil.
Əsas məqsəd nədir? Bu tətbiq tarif xərclərinin artmasına səbəb ola bilərmi?
Avtosfer.az-ın məlumatına görə, "Globalinfo"ya danışan iqtisadçı Pərviz Heydərov deyib ki, sabit tarif xidmətə çıxış üçün nəzərdə tutulan ödəniş və yaxud haqq deməkdir:
“Yəni istehlakçının faktiki istehlak etdiyi deyil, bir növ, bir neçə məkanda istehlak imkanına sahib olduğu üçün müvafiq ödəniş elementidir. Başqa sözlə desək, infrastruktura görə ödənilən və yaxud ödənilməli olan məbləğdir. Sözügedən tarif növünün ən sadə izahı bundan ibarətdir. Əsas məqsəd isə infrastruktur xərcləri ilə istehsal xərclərini biri-birindən ayırmaqdır”.

İqtisadçı bildirib ki, xarici praktikada da belə tariflər mövcuddur:
“Ümumiyyətlə, sabit tarif siyasətinin effektivliyi sual altındadır. Bu, hansı mexanizm əsasında tətbiq olunacaq? Eyni istehlakçının kommunal və enerji xidmətlərinə çıxış imkanları necə müəyyən ediləcək? Beləliklə, sabit tarifin tətbiqi, əslində, dövlətin üzərinə düşən yükün bir hissəsinin vətəndaşlara yönləndirilməsi mənasına gələcək. Reallıq ondan ibarətdir ki, qiymətlər arta bilər”.
Qeyd edək ki, “Qaz təchizatı haqqında” qanun layihəsi (üçüncü oxunuş) Milli Məclisin sabah keçiriləcək plenar iclasında müzakirəyə çıxarılacaq. Deputatlar təsdiqlədikdən sonra Prezidentin imzası ilə qanunlar qüvvəyə minəcək. Ancaq qaz təchizatı haqqında qanunun bəzi müddəaları dərhal qüvvəyə minməyəcək.
Belə ki, qanun layihəsinə görə, sənəd 2026-c ilin yanvarın 1-də qüvvəyə minəcək. Qanunun bəzi müddəaları (qazın paylanması tarifləri) 2027-ci ildə, bəzi maddələri (Qaz təchizatı sektorunda dövlətin vəzifələri) 2028-ci ildə tətbiq ediləcək.
Heydər Əliyev prospektində iş yerləri artdıqca səki problemi yaranır – EKSPERT - FOTO
İşə maşınla gedənlərin NƏZƏRİNƏ!
Klassik və sürət avtomobillərinin festivalı başa çatdı - FOTO - VİDEO
Xarici işlər nazirlərin üçtərəfli görüşü keçiriləcək
Qadınlar yol qəzalarında daha çox yaralanırlar - Gözlənilməz səbəb
Bakı-Tbilisi qatarı ilə Türkiyəyə gedə biləcəyik? - Yeni marşrutlar AÇIQLANDI
Bakı-Tbilisi qatarı Axalkalaki və Qarsa qədər hərəkət etmir - ADY rəsmisi
Masazırdakı bu yolun vəziyyətindən sürücülər NARAZIDIR - VİDEO
TRIPP layihəsi regionumuzdakı bütün ölkələrə fayda verəcək - Nikol Paşinyan
Zəngəzur dəhlizi ilə bağlı fəallıq artır: TRIPP həm də sülhün qarantıdır
Bu yaşdan sonra sürücülük vəsiqəsi verilməyəcək? - AÇIQLAMA










